Kompüter klaviaturası düymələrdə toplanan mikroblardan dolayı ofisdə ən təhlükəli predmentdir.


Facemark.az xəbər verir ki, bu haqda infeksiya xəstəlikləri üzrə mütəxəssis İrina Şilkina deyib.


“Kompüter klaviaturası – xüsusilə ofislərdəki ən təhlükəli predmentdir. Onun təmizlənməsi çox çətin olduğundan bu işi çox az adam edir. Nəticədə klaviatura düymələrində patogen bakteriyalar, virus, infeksiyalar, hətta koronavirus belə yığılır”, - deyə mütəxəssis açıqlayır.


Ekspert deyir ki, bir kompüterdə işə başlamazdan əvvəl və işinizi yekunlaşdırdıqdan sonra əllərinizi yuyun: “Ola bilər ki, havada dolaşan bakteriyalar klaviaturaya yığılsın”.


Eyni zamanda, həkim xatırladır ki, əlləri düzgün bir qaydada yumaq da lazımdır: “Əlləri ən azı yarım dəqiqə, dairəvi və sürtünmə hərəkətləri ilə yaxşıca yumaq lazımdır”.


Mütəxəssislər, həmçinin, xəbərdarlıq edirlər ki, əlləriniz qədər, smartfonlarınızı da dezinfeksiya etməlisiniz, çünki onlar gün içində sizinlə birlikdə olur. Eyni zamanda, əlavə edirlər ki, dezinfeksiya işlərini COVID-19-a görə deyil, digər bakteriyalardan qorunmaq üçün də etmək lazımdır.