Çağdaş dövrümüzü formalaşdıran, modern cəmiyyətin əvəzolunmazı internetdən dünya miqyasında 4,5 milyarddan çox şəxs istifadə edir.


Facemark.az xəbər verir ki, sosial media istifadəçilərinin sayının isə 3,8 milyard nəfəri aşması, onu göstərir ki, dünya əhalisinin 60%-i onlayndır.


Cib telefonu istifadəçilərinin sayı hər il artır


WeAreSocial-un 2020-ci illə bağlı məlumatına görə, dünya miqyasında 5,19 milyarddan çox şəxs cib telefonundan istifadə edir və bu rəqəm hər il davamlı olaraq artır.


İnternetdən istifadənin 53,3%-i cib telefonundan, 44,0%-i masaüstü və dizüstü kompüterlərdən 2,7%-i isə tabletdən edilib.