Əgər bir Facebook biznes səhifəniz varsa, (və etməlisiniz) Facebook reklam kampaniyasını yaratmaq üçün birbaşa olaraq Facebook Ads Manager və ya Business Manager-ə gedə bilərsiniz. Əgər hələ də bir biznes səhifəniz yoxdursa, öncəliklə onun yaradılması ilə başlamalısınız. Biz bu yazımızda Ads Manager üzərindən postların reklama qoyulmasından danışacağıq. Yox, Business Manager-ə üstünlük verməli olsanız, bu zaman bizim Facebook Business Manager-dən reklamın yerləşdirilməsi ilə bağlı sonrakı yazılarımızı oxuya bilərsiniz.


Addım 1. Məqsədinizi müəyyən edin


Facebook Ads Manager-ə qoşulun, daha sonra Kampaniya yarat bölməsini seçin, daha sonra üstünə klik etməklə yeni Facebook reklam kampaniyası yaradın.


Facebook reklamınızın nəyi həyata keçirməsini nəzərə alaraq, 11 marketinq məqsədi təqdim edir. Onların sizin biznes məqsədləriniz ilə necə bağlı olduğunu görəcəksiniz. Marketinq hədəfləri belədir:


Markanının tanıtımı (Brand awareness): Markanızı yeni bir auditoriyaya təqdim edin


Çatımlılıq: (Reach): Reklamınızı mümkün qədər daha çox auditoriyaya çatmasını təmin etmək


Trafik: Trafiki müəyyən bir veb səhifəyə, tətbiqə, Facebook Messenger söhbətinə aparın


Qarşılıqlı əlaqə: (Engagement): Daha geniş bir auditoriyaya çatmaq üçün postun engagement-ini və ya səhifənin laykını artırın. Tədbirinizdə iştirak edən insanların sayını artırın, insanları xüsusi bir təklif tələb etməyə təşviq edin.


Tətbiqin yüklənməsi (App installs): İnsanların sizin tətbiqinizi daha çox yükləməsini təmin edin


Video baxşı sayı (Video views): Daha çox insanın videoya baxmasını təmin edin


Potensial müştərini tapmaq (Lead generation): Satış kampaniyanıza yeni müştəriləri cəlb edin


Mesajlar: (Messages) İstifadəçilərin Facebook Messencer-dən istifadə etməklə, sizin biznesinizlə əlaqəyə keçməsini təmin edin


Hərəkətə keçməsini təmin etmək: (Conversions) İnsanların sizin veb saytınızda, əlavənizdə və ya Facebook Messencer-də bir fəallıq etməyini təmin edin, bu sizin səhifənizi bəyənmək, sizin məhsulunuzu almaq və s. ola bilər.


Kataloq satışları (Catalog sales) Facebook reklamlarınızı məhsul kataloqu ilə əlaqələndirin. İnsanların ən çox almaq istədikləri məhsullar üçün reklamlar nümayiş etdirin.


Mağaza trafiki (Store traffic) Yaxındakı müştəriləri oflayn mağazanıza yönləndirin.


Məsələn, reklamınız üçün video baxış sayı hədəfini seçdiniz. Unutmayın ki, Facebook Ads Manager-də reklamın digər addımları seçdiyiniz reklam hədəfindən asılı olaraq bir az fərqlilik göstərəcək.



Addım 2. Kampaniyanızı adlandırın


Addım 1 etdikdən sonra, Facebook reklam kampaniyasını adlandırmaq üçün səhifəni aşağı endirin. A/B split testini təyin-edib etməyəcəyinizi də müəyyən edin.


Büdcənin optimallaşdırılmasını seçib-seçməyəcəyinizi də bu mərhələdə təyin etmək olar. Bu isə birdən çox reklam seti qurduğunuz halda, sizin köməyinizə çata bilər. Ancaq Addım 2-də kampaniya adlandırılmasından sonrakı, yuxarıda adını çəkdiyimiz bölmələri hələlik boş da buraxa bilərsiniz.



Əgər engagement bölməsini seçmisinizsə, sizin postun engagementinə, səhifə laykına və ya tədbir cavablarına geridönüş etməyi seçə bilərsiniz.


Biz isə nümunə kimi Page likes-ı yəni səhifə bəyənməsini seçirik.


Yazının davamı olacaq...