şənbə, 24 oktyabr 2020

2021-ci ili formalaşdıracaq – 3 TREND

208

WPI Global Summit 2020-də GlobalWebIndex-in rəhbəri Carrie Seifer-in reallaşdırdığı təqdimat çox maraqlı idi. O, təqdimatı çərçivəsində 2021-ci ili formalaşdıracaq 3 TREND haqqında danışıb.

1. İqtisadi qaramsarlıq

Davam edən qeyri-müəyyənlikdən dolayı, istehlakçıların çoxu iqtisadiyyatdan narahatdır. İşini itirən 7%-lik, maaşı kəsilən 27%-lik, qısa çalışmaya keçən 24%-lik bir kəsimdən söhbət gedir. Anket iştirakçılarının 16%-i təkcə bu günə deyil, gələcəyə də qaramsar baxır. Pulun xərclənməsi məsələsində daha ehtiyatlı davranan müştərilərin 80%-i yüksək ödənişli alışları təxirə salıb. Maraqlı isə budur: Ehtiyac hiss etdiyi məhsul büdcəsinə uyğun olduqda almaq istəyən geniş bir kütlə var. İstehlakçıların 38%-i məhsulun endirimdə olmasını, 20%-i isə daha çevik ödəmə seçimləri təklif etməsini gözləyirlər. Təəccüblüdür ki, müştərilərin prioritet hesab etdiyi məhsullar elektronik olanlardır. Şirkətlərin bu addımda etməli olduğu strategiya isə almaq üçün vermək olmalıdır. Yəni, qiymətdə endirimlər, çevik ödəniş seçimləri ilə müştərini yenidən qazanmaq olar.

2. Doğru başa düşülmə ehtiyacı

Araşdırmanın nəticələrinə görə, müştərilərin 32%-i hələ də reklamını gördüyü bir məhsulu satın almaq niyyətindədir. 17 ölkədən sorğuya qatılan müştərilərin çoxu COVID-19 ilə əlaqəsi olmayan reklamları da normal qarşılayır. Bu isə markaların reklam vermək məsələsində tərəddüd etmələrinin nəticəsidir. Fəqət, müştərilər onların mədəniyyətini və özlərini daha yaxşı başa düşən reklamları görmək istəyirlər. Müştərilərin demək olar ki, yarısının alış-veriş edən zaman markadan ən böyük gözləntisi sosial məsuliyyətini dərk etməsidir. Müştərilərin şəxsi məlumatlarının oğurlanması istiqamətində onların narahatlığı enib.

Hazırda bu narahatlıqları bütün dünyada sağlamlıq və təhlükəsizlik məsələləri üstələyib.

Ancaq hələ də 42%-lik bir kəsim pandemiya qarşı təsirli qabaqlayıcı tədbirlər alındığına razı qaldığı təqdirdə mağaza alış-verişlərinə üstünlük verəcəyini deyir. Bu e-ticarətdəki yüksəlişə rəğmən ənənəvi pərakəndəçilik üçün də hələ ümidli olduğunu göstərir.

3. Yeni hədəf kütlə: Baby Boomers

Marketinq və reklam dünyasının bu günədək kommunikasiya kampaniyalarında gənc nəslə üstünlük verdiyi danılmaz faktdır. Ancaq pandemiyada dijital xidmətlərin müştəri kütləsinin iləri yaş qrupunda gözlə görünən formada artdığı müşahidə edilib. Bu müddətdə musiqi striminq platformalarından istifadə edən Baby Boomer-lərin 9%, sürətli sifariş xidmətinin 23%, onlayn dostluq əlavələrinə fokuslananların isə 18% artdığı müşahidə edilib.

2021-ci ildə mobil cihazlarda daha çox vaxt keçirən və daha çox dizüstü kompüter satın alan bu nəslə yönəlik kommunikasiyaya sürət qazandırmaqda fayda var. Bir çox məqsədlə dijitaldakı varlığı genişləyən bu nəsli diqqətə almaq, böyümənin yeni araçlarından biri ola bilər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün