şənbə, 24 oktyabr 2020

YouTube videoları mağazadakı kataloqlara çevrilir: BLOOMBERG yazır

188

IT-korporasiyası Google YouTube videolarından birbaşa alışlar funksiyasını test edir.

Facemark.az xəbər verir ki, bu haqda Bloomberg mənbəyə istinadən yazır.

Kompaniya nəşrə texnologiyanın məhdud sayda kanalda buraxıldığını təsdiq edib.

Həmsöhbət Bloomberg-ə bildirib ki, testin məqsədi YouTube videolarını istifadəçilərin anında malları görə və ala biləcəyi böyük bir kataloqa çevirməkdir. Bu platformaya Amazon, Alibaba kimi e-ticarət nəhənglərini sıxışdırmaq üçün şans verəcək.

Xidmət, məzmun müəlliflərindən kliplərində yer alan məhsulları etiketləmək və izləmək üçün YouTube proqramından istifadə etmələrini xahiş edir. Gələcəkdə bu məlumatlar analitik və Google alış-veriş alətləri ilə əlaqələndiriləcək. Şirkətin məhsul satışından nə qədər qazanacağı isə hələki bilinmir.

Xatırladaq ki, bu ilin yayında, YouTube istifadəçinin satıcının veb saytına daxil ola biləcəyi bir marka reklamına məhsul kartları olan bir menyu əlavə edə bildi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün