şənbə, 24 oktyabr 2020

Rəqibləri Apple kompaniyasını yeni iPhone 12-yə görə trolladı

236

Apple-ın təqdimatı zamanı aydın oldu ki, yeni iPhone 12 qulaqlıq və şarj qurğusu olmadan satılacaq.

Facemark.az xəbər verir ki, Macrumors nəşrinin məlumatına görə, korporasiyanın istisna etdiyi yeganə bazar Fransa olub.

Nəşr bildirir ki, bu ölkədə bütün iPhone 12 modelləri simli Lightning şarj cihazı və simli EarPods qulaqlıqla təchiz ediləcək. Buna səbəb Fransa hökumətinin elektronika istehsalçıları üçün nəzərdə tutduğu qanun ilə bağlıdır.

Belə ki, qanuna görə, bütün smartfon cihazları mütləq qaydada qulaqlıq və əlaqə üçün lazım olan bütün qarnitura sahib olmalıdır. Bu 14 yaşına qədər olan uşaqları elektromaqnit radiasiyadan qorumaq üçündür. Qaydanın pozulmasına görə cərimə isə 75 000 avrodur.

Qeyd edək ki, rəqibləri artıq Apple-ın aksessuar çatışmazlığına görə trolladı. Belə ki, Xiaomi kompaniyası bildirdi ki, onun məhsul qutularında bir dənə də olsun aksessuar çatışmazlığı olmur. Pocophone isə qeyd etdi ki, onun daha sürətli şarj cihazları var və qurğularının qiyməti “ölümcül şəkildə aşağıdır”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün