“Baby Boomer” artıq 50 ilə yaxındır ki, işçi qüvvəsinin bir hissəsidir. Bu yazımızda bu nəslin digər nəsillər ilə necə yola getdiyindən və ümumi xüsusiyyətləri və iş vərdişləri haqqında danışacağıq.


“Baby Boomer” nəsli nədir?


“Baby Boomer”lər İkinci Dünya Müharibəsindən sonra anadan olan bir qrupu ifadə edən demoqrafikdir. 1940-ci illərin sonu, 1950-ci illərin əvvəllərində iqtisadi çiçəklənmə dövrü ilə əsgərlərin müharibədən qayıtmasından sonra anadan olan uşaqların sayında ciddi artım müşahidə edilmişdi. Onlar baby boomer nəsli kimi adlandırılır və yaxud 1946-1964-cü illər arasında doğulan uşaqlara deyilir.


Aşağıda onları digər nəsillərdən fərqləndirən xüsusiyyətlərdən bəhs edəcəyik.


Səssiz Nəsil – Ənənəviçilər


1946-ci il öncəsi doğulanlar


Ənənələrə sadiqdirlər, rahatlıq arayışındadırlar, maliyyə təhlükəsizliyi ilə təmin olunmalarını istəyirlər və loyallığı sevirlər.


Baby Boomers


1946-1964-cü illər arasında doğulublar


Güclü iş etikası var, disiplinlidirlər və fokuslanmağı bacarırlar


X nəsli


1965-1980-ci illərdə doğulanlar


Təşəbbüskar, ailə-iş balansını qoruya bilənlər, müstəqil olanlar


Y/MİLLENNİALS nəsli


1981-1994-cü illər arasında dünyaya gələnlər


İş-ailə balansının qorunmasına dəyər verirlər, özündən əmindirlər, texnologiyanın maraqlısıdırlar


Z nəsli


1994-cü ildən sonra doğulanlar


Müstəqil, təşəbbüskar, rəqabətçi


Baby Boomer-lərin xüsusiyyətləri


Onların iqtisadiyyata təsiri ilə qrupun spesifik xüsusiyyətlərini müəyyənləşdirmək vacibdir. Budur onlar:


1. Təqaüdə çıxmırlar


2. Güclü iş etikası var


3. Özlərini təmin edirlər


4. Qərar qəbul edə bilmək bacarıqları ilə fəxr edirlər


5. Nüfuzu təcrübə ilə eyni tuturlar


6. Rəqabətə davamlıdırlar


7. Özlərini işlərinə görə tanıdırlar


8. Optimisdirlər