çərşənbə, 2 dekabr 2020

Videokonfrans platformasından yeni – XİDMƏT

272

Videokonfransların keçirilməsi üçün nəzərdə tutulan Zoom şirkəti pullu onlayn tədbirlərin keçirilməsi üçün OnZoom xidmətinin işə salındığını elan edib.

Facemark.az xəbər verir ki, CNBC nəşrinin yazdığına görə, tədbirlərin keçirilməsi təkcə pullu abunəçilər üçün nəzərdə tutulub.

Xidmətə abunə olan hər bir istifadəçi tədbirlərə qoşula bilər. Lizenziyanın ölçüsündən asılı olaraq tədbirlərdə 100 və ya 1000-ə yaxın şəxs iştirak edə bilər. Ancaq onların hamısı konfransa qoşulmadan öncə ödəniş həyata keçirməlidirlər. Xidmətin saytında isə konfransların anonsu haqqında məlumat paylaşılacaq. Konfransda iştirak etmək istəyən abunəçi xidmət haqqını kredit kartı və ya PayPal ilə ödəyə biləcək.

CNBC-yə görə, təşkilatlar, həmçinin, pulsuz tədbirlər həyata keçirə, eyni zamanda iştirakçılardan qeyri-kommersiya təşkilatlarına yardım etmələrini xahiş edə bilərlər.

OnZoom hazırda ABŞ istifadəçiləri üçün əlçatandır, digər ölkələrdə isə xidmət 2021-ci ildə əlçatan olacaq.

Eyni zamanda, Zoom yeni funksiyası olan Zapps-ı istifadəyə verib. Belə ki, onun köməyi ilə üçüncü tərəf tətbiqləri Zoom-a inteqrasiya etmək mümkün olacaq. Bu isə ona imkan verəcək ki, istifadəçilər fərqli pəncərələrə keçid etməsin.

Asana, Atlassian, Dropbox, Hubspot, Slack, SurveyMonkey, Wrike və Zendesk daxil olmaqla 35 əlavə Zoom-a qoşulmaq imkanına malikdir.

Bu ilin ikinci rübündə cihazlarda 300 milyondan çox yüklənmə ilə Zoom populyarlıq qazanıb.

Qeyd edək ki, əvvəllər belə bir səviyyəyə yalnız TikTok nail ola bilərdi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün