çərşənbə, 2 dekabr 2020

Booking.com Türkiyəyə geri qayıdır

207

Bildiyiniz kimi Booking.com, 29 Mart 2017-ci ildən bəri Türkiyədə fəaliyyət göstərmir.

Facemark.az xəbər verir ki, buna səbəb isə Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) iddiasına görə, qurumun üzvü olan səyahət agentliklərinə qarşı yeridilən haqsız rəqabət idi.

TÜRSAB bu əsaslandırmaya dayanaraq məhkəməyə müraciət etmiş və Booking.com-un ölkədəki fəaliyyətlərinin dayandırılmasını tələb etmiş, nəticədə platforma bağlanmışdı.

Haqsız rəqabətə misal kimi isə Booking.com-un Türkiyədəki otellərə özünün platforması üzərindən rezervasiya edərək komissiya alması şəklində açıqlanır.

Booking.com geri qayıdır

Türkiyədə 2017-ci ildən bəri əlçatan olmayan Booking.com-un yenidən açılmağı gündəmə gəlib. Sabah qəzetinin yazdığına görə, Booking.com Türkiyədə ofis açmağı və vergi ödəməyi qəbul edib.

Türkiyədə ofis açmaq üçün işlərə başlayan Booking.com-un bu ölkədə əldə etdiyi mənfəətdən 7,5% vergi verəcəyi deyilir. Qeyd edilən addımların atılmasından sonra Booking-in bloklanmasının da qaldırılacağı gözlənilir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün