Apple kompaniyası ikinci payız təqdimatını həyata keçirdi və təqdimat çərçivəsində özünün 5G-ni dəstəkləyən yeni iPhone 12 smartfon xəttini və ağıllı HomePod akustik cihazını nümayiş etdirdi. Günümüzün reallığı koronavirus epidemiyasından dolayı tədbir isə onlayn formatda reallaşdı.


Baxmayanlar üçün link https://www.apple.com/apple-events/event-stream/


Yeni iPhone 12 ötən ilki seriyası ilə müqayisədə daha incə və yüngül olub və А14 Bionic prosessoru isə 40% daha sürətli çalışır. O 6,1 düymlük OLED ekrana və 5G bağlantısına sahibdir. Yeni məhsulun istehsalçıları bu dəfə kənarları dairəvi korpusdan imtina ediblər və zahiri olaraq iPhone 12 beşinci nəsil smartfonlara bənzəyir. Bununla yanaşı, şirkət iPhone 12-nin daha kiçik versiyasını iPhone 12 mini-ni təqdim edib, onun isə ekran diaqonallı 5,4 düymdür.



Apple kompaniyasının CEO-su Tim Kukun sözlərinə görə isə iPhone 12 əvvəlki smartfonlar ilə müqayisədə 4 dəfə daha çox davamlıdır. Belə ki, düşmələrə qarşı yeni model Ceramic Shield ilə əhatə edilib. Yeni ağıllı telefonun iki kamerası var: ultrageniş və geniş. HDR 3 funksiyalı kamera ilə bir işıq mənbəyinə qarşı çəkiliş etməyinizə kömək olur. Eyni zamanda yeni modeldə gecə çəkilişləri üçün də funksiya əlavə edilib.


iPhone 12 beş rəngdə bazara çıxarılacaq – qara, qırmızı, mavi, ağ və açıq yaşıl. O MagSafe adlı simsiz şarj texnologiyasını dəstəkləyir. Smartfonun içərisində üzlük və cüzdan daxil olmaqla digər aksesuarları cihaza bağlamaq üçün istifadə edilə bilən yuvarlaq bir maqnit var. Əvvəlcədən də gözlənildiyi kimi yeni məhsulda şarj cihazı və qulaqlıqlar mövcud deyil. Amma USB-C to Lightning iPhone 12 qutularında tapmaq mümkündür.


Məsələn, qonşu Rusiya bazarında smartfonun qiyməti 79 990 rubl (1752 manat-red.), mini modeli isə 69 990 rubl (1533 manat-red.) olacaq. Hər iki modelin yaddaş tutumu isə 64 GB, 128 GB və 256 GB-dir.



Apple təqdimatı çərçivəsində iPhone 12-nin daha bir versiyası iPhone 12 Pro və onun daha da inkişaf etdirilmiş versiyası olan iPhone 12 Pro Max-ı təqdim edib. Rənglərinə görə model əsas model ilə müqayisədə daha azdır, displey diaqonalı isə müvafiq olaraq 6,1 və 6,7 düymdür. PRO modellərinin çərçivəsi cilalanmış poladdan hazırlanıb.



iPhone 12 Pro-nun isə dörd kamerası var, onun kameralarından biri isə ProRAW texnoogiyasına əsaslanır. 4K və HDR daxil olmaqla, peşəkar rejimdə çəkiliş aparmağa imkan verir.


iPhone 12 Pro və iPhone 12 Pro Max-ın qiymətləri isə 99 990 (2190 manat-red.) və 109 990 (2409 manat-red.) rubldur.


Şirkət ayrıca bir ağıllı telefonlara inteqrasiya olunan və ev sistemlərini idarə etməyə imkan verən “ağıllı” akustik cihazı HomePod Mini-ni də göstərib. O ailə üzvlərinin səsi və davranışlarına müvafiq olaraq “ŞƏXSİ PLEYLİST” yaradacaq. Bir neçə akustik cihaz bir stereo sistemdə birləşdirilə bilər. Ancaq qeyd edək ki, yaxın zamanlar üçün bu məhsul qonşu ölkə Rusiyada belə müşahidə edilməyəcək.



Qeyd edək ki, şirkət sentyabr ayındakı ilk təqdimatı çərçivəsində isə Apple Watch Series 6, Watch SE, iPad Air və vahid abunə sistemi Apple One-ı təqdim etmişdi.