çərşənbə, 2 dekabr 2020

2021-ci ildə marketinq direktorlarının rolu dəyişəcək: TƏDQİQAT ŞİRKƏTİ FORRESTER DEYİB

318

2021-ci ildə marketinq direktorları (Chief Marketing Officer - CMO) uğurlu olmaq üçün özlərinin fəaliyyətini, komandalarını və marketinqin özündə dəyişiklik etməlidirlər.

Facemark.az xəbər verir ki, bu haqda tədqiqat şirkəti Forrester-in Avropa proqnozunda deyilib.

CMO-ların rollarının necə dəyişdiyini görmək üçün onların yeni kommersiya modeli və çatdırılma üsullarını dəyişdirməyi vacibdir. Bu yeniliklər isə ona görə vacibdir ki, onlar yeni bazar şərtlərinə adaptasiya olsunlar. Marketinq direktorları 2021-ci ildə müştəri səyahəti üzərində tam nəzarətə sahib olacaq. İstehlakçı idarəetmə, strategiya, əməliyyat qərarlarında əsas halqaya çevriləcək. Müştəri təcrübəsi trendinin yaranması nəticəsində müştəri loyallığının artırılması və onların saxlanılması xərcləri növbəti 2021-ci ildə 30% artacaq. İnteqrasiya olunmuş marketinq kommunikasiya modelinə keçməyən top menecerlər bunu yaxın zamanda edəcəklər. Müştərilərin alışdan öncə və sonra bölünməsini dayandıracaqlar.

IT sahəsinin markalar üçün əhəmiyyəti 2021-ci ildə artacaq. Kompaniyaların 30%-i rəqabət üstünlüyü qazanmaq üçün bulud texnologiyası, təhlükəsizlik, sosial platformalar, məsafəli çalışma sisteminə xərclərini artıracaq.

Avropadakı menecerlərin demək olar ki, təxminən yarısı (49%-i) hesab edir ki, pandemiyadan sonra işçilərin çoxu xarici bazarlar üzrə məsafədən çalışma sisteminə keçəcəklər. Bu isə özü ilə yeni çətinliklər gətirəcək. IT direktorları isə maksimal ən sürətli və yeni biznes strukturu üçün bulud və platforma modelləri üzərində çalışacaqlar.

Forrester şirkətlər qrupunun direktoru və vitse-prezidenti Laura Ketçle deyir ki, “Məsafəli çalışma modelinə keçid, onlayn kommersiya üçün platformanın yaradılması, əlaqə yaratmaq üçün onlayn tədbirlərin keçirilməsi Avropa şirkətlərinin təcili olaraq həyata keçirməli olduğu dəyişikliklərdən yalnız bir neçəsidir”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün