Bu kolleksiya həmkarlarınız, tanıdıqlarınız və qonşularınız üçün Yeni İl bəzəklərinə əlavə edilə bilər.
1. Üzərində maral təsviri olan corablar
Qış dizaynında pambıqdan olan corablar yaxınlarınız üçün əla hədiyyədir. Qoy, onların ayaqları isti qalsın və soyuqdəymədən uzaq olsunlar.
2. Butulkalar üçün üzlük
Bu aksessuarı yaxşı bir sampan və ya şərabla tamamlayın. Qonaq gedə bilərsiniz. Uşaqlar üçün isə şirniyyatları bu cür kisələrin içinə yığmaq olar.
3. Dodaq üçün balzam
Bu məhsul AliExpress-də olduqca populyardır. Dairəvi başlıq dodaqları yaxşı nəmləndirir və xoş qoxusu var. O bir zamanların məşhur EOS dodaq balzamlarına bənzəyir. Belə balzamlardan onlarla alıb, qadın dostlarınız və qohumlarınıza hədiyyə edə bilərsiniz.
4. Əl üçün kremlər
Əl dərisi tez-tez soyuq mövsümdə çatlayır və onların nəmləndirməyə ehtiyacı olur. Sizə ən yaxın aromatda olanları seçin. Məsələn, bu avokado, çiyələk, zanbaq və ya qızılgül, süd qoxusu ola bilər.
5. Özündə Yeni İli ehtiva edən tatular
Yeni ildə, təkcə mənzilinizi deyil, bədəninizi də bəzəyə bilərsiniz. Dərinizin üzərinə rəngli çəkimlər bayram əhval-ruhiyyəsi yaratmağınıza kömək olacaq. Üstəgəl, bu yüz fazi uşaqların xoşuna gələcək.
6. Yeni il broşları
Bu həmkarlarınız üçün əla hədiyyədir.
Qar adamı, Yeni il ağacı və ya çələngi obrazındakı broşlar pencəyiniz və svitşotunuza çox yaraşacaq.
7. Qar dənəciklərini xatırladan boyunbağı
Belə bir aksessuardan istifadə etməklə, çox asanlıqla Qar qızı obrazı yaratmaq olar. Bu qıza hədiyyə üçün əladır. O boyunbağında günəşin altındakı qar dənəcikləri kimi parıldayır.
8. Evdə asmaq üçün əşyalar
Dostlarınızın evlərini bəzəməyi üçün onlara kiçik taxtadan olan fiqurlar hədiyyə edə bilərsiniz. Onları hər yerə asmaq olar və demək olar ki, hər yerə sığırlar.
9. Uşaqlar üçün qolbaqlar
Balaca uşaqlar özlərinin dostlarına Şaxta Baba, qar dənəcikləri və ya ayı təsvirləri ilə bəzədilən qolbaqlar hədiyyə edə bilərlər. Uşaqlar ən çox əllərinin üzərinə qoyduqda asanlıqla bağlana bilən qolbaqları sevirlər.
10. Parıldayan saçlar
LED işıqları ilə bəzədilən saçlar, qız rəfiqənizin sözün hər bir mənasında parıldamasına kömək olacaq.
11. Şənlik eynəkləri
Yeni ili tanımadığınız bir şirkətdə qeyd edəcəksinizsə, o zaman hədiyyələri təxmin etmək bir qədər çətin ola bilər. Və şəkildəki kimi gülməli eynəklər sizin köməyinizə gələ bilər. Bu şənlikdəki hər kəsə yüksək əhval-ruhiyyə qatacaq və fotoşəkillərin daha əyləncəli alınmasına kömək olacaq.
12. Divar planlayıcısı
Yeni il – İli yenidən düşünmək və hədəflər qoymaq üçün üçün əla vaxtdır. Kağızın üzərinə arzularınızı yazmaq və ya şampan içməklə bu kifayətlənmir. Bir hədəfə çatmaq üçün özünüz üçün müəyyən tapşırıqlar yaratmağınız və zaman keçdikcə proqressi görməyiniz lazımdır.
13. Təqvim stikerlər
Tələbələr, iş adamları və bloknot-da qeydlərini etməyi sevənlər üçün əla hədiyyədir. Aylar və günləri özündə ehtiva edən təqvimlər, təqvimdə rahat gəzməyinizə və zamanınızı daha faydalı bir şəkildə planlamağınıza kömək olacaq.
14. Telefon üçün üzlüklər
Böyüklər və uşaqlar üçün universal bir hədiyyədir. Evi tətil üçün dekorasiya edirik bəs telefonumuzu niyə etməyək? Hazırda AliExpress-də iPhone 7 üçün belə üzlüklər və aksessuarlar tapmaq olur, eləcə də bir qədər axtarış etsəniz, digər telefonlar üçün də belə aksessuarlar tapmaq mümkündür.
15. Dekorativ Yeni il ağacı
LED işıqları ilə bəzədilən kiçik bir fiqur evinizə bayram ab-havası qatacaq. Bu evi rəngli görmək istəyənlər üçün əla hədiyyə olacaq.
16. Şarlar
Qardan adamlar, pinqvinlər, Yeni il ağacı üzərində əks olunan şarlar bayram üçün ideal hədiyyədir. Bu uşaqlara və dostlara hədiyyə kimi verilə bilər.
17. Dekorativ yastıqlar
Şirin Yeni il yastıqları, istirahət zamanı belə sizə bayramı xatırladacaq. Üzərində gözəl naxışları və rahatlığı sevənlər üçün əla hədiyyə olacağına əminik.
18. Bayram süfrəsini bəzəmək üçün aksessuarlar
Bayram süfrəsini bəzəmək üçün istifadə edilən aksessuarlar da əla hədiyyə seçimlərindən biri ola bilər. Məsələn, yuxarıdakı kimi çəngəl və bıcaqları və ya bayram içkilərinin qapaqlarını belə bir aksessuarın içinə qoymaq olar.
19. Sırğalar
Gözəlliyini vurğulamaq və şənlik geyiminə başqa bir qeyri-adi detal əlavə etmək istəyən xanımlar üçün yeni il sırğaları əla seçimdir.
20. Yapışqanlı stikerlər
Parlaq yapışqanlı stikerlər mənzil və ya ofisinizi bəzəmək üçün idealdır. Yeni il üçün mənzil və ofisi bəzəmək çətin bir işdir. Bu hədiyyələri almaqla onlara bu işdə kömək ola bilərsiniz.