COVID-19 pandemiyasının effekti ilə Zara və H&M kimi brendlərinin dəyəri müvafiq olaraq 13% və 14% azalma göstərdi. Eyni zamanda, koronavirusun yayılmasının qarşısını almaq üçün mağazalarını da bağlamışdılar.


Facemark.az xəbər verir ki, koronavirus böhranı son iki ildə sürətlə böyüyən lüks brendlər seqmentinə çox güclü zərbə vurub.


Hermes istisna olmaqla, bütün luxury brendlər 1%-9% arasında dəyər itirməsinə səbəb oldu. Bununla yanaşı, bir sıra sahələr koronavirus böhranı zamanı daha da inkişaf etmişdilər. Məsələn, loqistika sahəsi özünütəcrid dövründə həyatı vacib biznes sahələrindən birinə çevrilmişdi. UPS (24 yer), FedEx (75) və DHL (81) sıralarda müsbət sırada yer almaqla ili başa vurdular.


Bu çətin dövr maliyyə xidmətləri üçün də uğurlu oldu. PayPal 12 pillə yüksələrək 60-cı, Visa 10 pillə yüksələrək 45-ci, Mastercard isə pozisiyasını daha 5 pillə yaxşılaşdırdı. PayPal etibar baxımından da liderlər arasındadır. Birinci dəfədir ki, Interbrand-ın reytinqinə digital xidmətlər sahəsi Instagram (19), YouTube (30) və Zoom (100) daxil olmağı bacarıb. Tesla isə üçillik fasilədən sonra yenə 40-cı pilləyə qalxıb.


Bundan başqa, alkoqol markası Johnny Walker öz pozisiyasını qorumağı bacarıb.


BGB (Best Global Brands) iştirakçısı olan brendlərin ümumi dəyəri 2020-ci ildə 2019-cu illə müqayisədə 9% artım nümayiş etdirib. Onların ümumi dəyəri 2,3 trilyon dollardır.


On il ərzində texnologiya brendlərinin payının 17%-dən 48%-ə qalxması xarakterikdir. Analitiklər hesablayıblar ki, orta hesabla belə bir marka ildə 20% bahalaşır.


TOP 10-a daxil olan brendlər arasında isə , — Coca-Cola ($56,9 mlrd.), Toyota ($51,6 mlrd.), Mercedes-Benz ($49,3 mlrd.), McDonald's ($42,8 mlrd.) və Disney ($40,8 mlrd.) var.


Daha çoxu BURADAN