şənbə, 5 dekabr 2020

Instagram bloggerlərin gizli reklamları ilə mübarizə aparacaq – BU TARİXDƏN

246

Instagram postun kommersiya məqsədləri üçün olduğunu qeyd etməyən blogger-influencerlər ilə mübarizə aparmağa başlayır.

Facemark.az-ın məlumatına görə, bu haqda BBC nəşri yazıb.

Növbəti il ərzində sosial platforma Instagram-a uyğun olmayan reklamları müəyyən etmək üçün xüsusi alətlər əlavə edəcək. Xüsusilə, Instagram potensial reklam məzmununun müəyyən edilməsi üçün yeni alqoritmlər istifadəyə verəcək.

Bundan əlavə, influencerlər bir reklam postu paylaşmamışdan öncə, əvvəlcədən çalışdığı sahə üzrə mükafat aldığını təsdiq etməli olacaq. Bu qərar, rəsmi orqanların araşdırmasından sonra, sosial şəbəkə tərəfindən alınıb.

Rəsmi tənzimləyici orqanların sözlərinə görə, blogger-influencerlər reklam məzmunu olan postu adi post kimi paylaşaraq onları yanıldırlar. Rəsmi orqanın sözcüsü deyib ki, Instagram tərəfindən elan edilən tədbirlər media üçün əhəmiyyətli bir “davranış dəyişikliyidir”.

Bu isə insanların bu cür (reklam olduğunu demədən) reklam yerləşdirilməsinin qarşısını alacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün