Pandemiya texnologiya şirkətlərini daha da gücləndirir. Məlumdur ki, uzaqdan çalışan və evlərində daha çox zaman keçirən insanlar gündəlik rutinlərinin böyük bir qismini mobil tətbiqlər, ya da digital platformalar üzərindən həll etməyə çalışır.


Nəticədə, bu xidmətləri təklif edən texnologiya şirkətləri investorların radarına daxil olub. Pandemiyadan dolayı mobil və digital platformaların həyatımızdakı rolunu bir çox sfrealarda görürük.


Qonşu ölkələrdə araşdırmalar göstərib ki, klassik pərakəndə şirkətləri beş il sonrakı hədəflərinə sadəcə bir neçə ayda nail olub.


Məsələn, bütün dünyada mobil cihazlar və digital platformalar üzərindən oynanılan oyunlara tələb heç olmadığı qədər artıb. İnsanlar banklara getmək əvəzinə digital platformalar vasitəsilə bankçılıq əməliyyatlarını daha çox etməyə başlayıblar. Bu kimi nümunələri çoxlatmaq mümkündür.


Artan tələb ilə texnologiya şirkətlərinə investor marağı da ciddi bir şəkildə yüksəldi: “Məsələn, Türkiyədə oyun sahəsində Peak Games və Rollic Games-in Amerikalı Zynga tərəfindən 1,8 milyard dollar və 168 milyon dollar ilə satılması da bura nümunə ola bilər. Eləcə də maliyyə texnologiya tərəfində Payguru-nun Orta Şərq və Afrika bölgəsinin ən böyük mobil ödəmə şirkətlərindən biri olan Tpay-e satışı yenə ön plana çıxan əməliyyatlar oldu.


Əlavə olaraq, sağlamlıq və biotexnologiya sahəsində fəaliyyət göstərən görmə məhdudiyyətli şəxslərə yönəlik ağıllı əsa istehsalçısı WeWALK, 3D digital vücud baxışı Digime3D, qadın sağlamlığını izləyən və analiz edən tətbiq PepApp, mikrobial və biopeptide ilə qidaların rəf ömrünü uzadan Nanomik və digital patalogiya sahəsində fəaliyyət göstərən Virasoft-a edilən investisiyalar da diqqət çəkir.