çərşənbə, 2 dekabr 2020

YouTube-a alternativ olacaq platformalar - TOP 5

314

Google-un YouTube video striminq xidmətinə alternativ olan platformaların TOP 5-ni hazırladıq.

1. Vimeo.com

Vimeo mənzil qərargahı Nyu-York şəhərində yerləşən, reklamsız açıq video platformadır. Şirkət kontent yaradıcılarına videoları paylamaq və pul qazanmaq üçün alət və texnologiyalar təqdim edir. Vimeo internetdə video izləmə ənənəsini gətirənlərdən biri olub. YouTube-dan öncə yaranmasına baxmayaraq, özünü inkişaf etdirmək məsələsində gec qalınca, populyarlığını da itirməli olmuşdu.

2. Dailymotion

Dailymotion bir video paylaşma texnologiyasına əsaslanan platformadır. Vivendi şirkətinə məxsusdur. Şimali Amerikada satış tərəfdaşları arasında BBC News, VICE, Bloomberg, Hearst Digital Media və başqaları var. Fəaliyyətinin ilk illərində sadəcə video izləmə funksiyası olub, amma sonralar platformaya video da əlavə etmək mümkün olub. Bununla izləyicisi də artmışdır.

3. Vevo

Vevo (və ya VEVO) internet üzərindən yayım edən bir video klip portalıdır. İngiltərənin musiqi şirkəti EMI-nin lizenziya verməsi ilə Sony Music Entertainment, Universal Music GroupAbu Dhabi Media-nın şərikliyi ilə qurulub. Rəsmi isə 8 dekabr 2009-cu ildə işə başlayıb. O hazırda 60 000-dən çox musiqi videosuna ev sahibliyi edir.

4. PewTube

YouTube-a alternativ olan ən yaxşı video platformalardan biridir. Sadə bir interfeysə malik olan platformadan istifadə etməkdə olduqca rahatdır.

5. Twitch

Twitch ən yaxşı striminq veb saytlarından biridir. Bu platforma üzərindən oyunçular yayım edib böyük kütlələrə xitab edə bilir və böyük pullar qazanırlar. Bu saytda hər növ oyunsevərin rahatlıqla sevdiyi oyunu izləmək şansı var. O qısa zamanda dünyada ən çox istifadə edilən veb saytlardan birinə çevrilib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün