TheTopTens saytı bir başlıq altında müzakirə açır. TOP 10 müəyyən edən isə istifadəçilər olur. Ən çox səs verilənlər TOP 10-luğun əvvəlinə çıxma şansı qazanır. Bu dəfə isə istifadəçilərə belə bir mövzu ətrafında şərh etmələrini istəyiblər. 2030-cu ilə qədər hansı əşya yoxa çıxacaq?


Cavablar isə belə olub:


1. Qəzetlər


İstifadəçilərin maraqlı cavabları olub, bəziləri deyib ki, bəli informasiyanı onlayndan əldə etmək daha rahat və ucuzdur. Bəziləri isə qeyd ediblər ki, bu gün belə qəzet alıb, oxuyurlar və düşünürlər ki, 2030-cu ilə qədər də qəzet öz mövqeyini itirməyəcək.


Kabel TV


İnternet userlərinin bəziləri deyib ki, onlar Kabel TV-ni yalnız otellərdə izləyirlər, çünki istirahət vaxtı belə kompüteri diz üstünə qoyub özünə narahatlıq yaratmaq istəmirlər. Bir çoxu isə deyib ki, onlar idman oyunları istisna olmaqla, başqa bir vaxt Kabel TV-ni izləmirlər. Və düşünlər ki, 2030-cu ilə qədər yoxa çıxsa yaxşı olar.


Jurnallar


Bəziləri deyib ki, qəzetlər kimi onlar da tarixə qovuşacaq. Onlayn jurnalları asanlıqla oxumaq olar, eləcə də 2030-cu ilə qədər insanlar ətraf mühit məsələsində daha həssas ola bilər və ağacların kəsilməsinə qarşı çıxa bilərlər. Bir çoxu isə deyib ki, jurnalları ancaq gözləmə zallarında görürlər, ona görə də onlara gələcək üçün ehtiyac yoxdur.


Kinoteatrlar


Bir çox insan düşünüb ki, insanlar səhnə üçün kinoteatra gedirlər. Necə ki, evdə də yemək olar, ancaq insanlar restorana da gedirlər. Və deyiblər ki, 2030-cu ilə qədər kinoteatr mədəniyyəti qalacaq. Bir çoxları isə əlavə edib ki, COVID-19 kinoteatr sənayesinin sonunu gətirib.


Televizor pultu


İstifadəçilərdən biri deyib ki, yaxın zamanlarda insanlar televizoru idarə etmək üçün telefonlarından və ya Google Home kimi funksiyalardan istifadə etsələr təəccüblənməsinlər.


Açarlar


İstifadəçilərdən biri şikayətlənib ki, artıq mənzil və avtomobil açarlarından qurtulaq. Təxmin edirəm ki, yaxın dövrlərdə açarları telefonlar və ya üz tanıma texnologiyaları əvəz edəcək. Amma istifadəçilərdən bəziləri isə deyib ki, məncə, insanlar 2030-cu ilə qədər yenə də bir açar əvəzi istifadə edilən kartlardan istifadə etməyəcəklər.


Taksilər


İstifadəçilərdən biri deyib ki, UBER-in olduğu bir dövrdə nəyə görə normal taksilərdən istifadə etsinlər ki.. Bəziləri deyib ki, bizim üçün gəzintilər təşkil edəcək Uber və Lyft var, onlar normal taksilər ilə müqayisədə olduqca rahatdır. Və avtomobillərin taksi kimi fəaliyyət göstərdiyi dövrü keçmişdə qala bilər.


TOP 10-a, həmçinin, şifrələr, nağd pul, DVD-lər və s. də daxil olub. Bəs, sizin təxminləriniz nələrdir? Bizimlə paylaşın