Maaşınızın niyə artmadığını başa düşün və vəziyyəti düzəltməyə çalışın.


1. Məvacib tələb etməkdən çəkinirlər


Şirkət sizə hər dəfə daha az maaş verməklə, faydalanır, ona görə də təşəbbüs sizdən olmalıdır. Bəlkə də müdirlər maaşınızın artırmalı olduğundan sadəcə olaraq xəbərdar deyillər. Bu barədə danışmaqdan çəkinməyin, amma düzgün bir formada edin. Həmişə daha güclü bir iddia ortaya qoyun.


Necə düzəltmək olar?!


Müdirinizlə vaxtında bir söhbət təşkil edin. Heç nəyi qaçırmamaq üçün içindəki əsas məqamları qeyd edərək bir söhbət planı qurun. Maaşınızın artmasına haqq qazandıracaq arqumentləri düşündüyüzdən əmin olun. Bura səlahiyyətin artması, bazar vəziyyəti və işinizi daha yaxşı gördüyünüzə dair arqumentləri gətirməklə və s. edə bilərsiniz. Bütün səbəblər daha obyektiv olmalıdır. Mənə belə gəlir ki, yaxud mənim səviyyəmdə olan mütəxəssislər bu qədər qazanır kimi nüanslardan istifadə etməməkdə fayda var. Sözlərinizi fakt və rəqəmlər ilə dəstəkləyin. Bundan əlavə, maaş artımının nə qədər olmasını dəqiq müəyyən edin və söhbət zamanı həmin məbləğdən söhbət açın.


2. Əsas arqumentlər gətirmədən maaş artımı istəmək


Keçən dəfə söhbətiniz zamanı əsaslı arqumentlər gətirmədiyinizdən dolayı, müdirlər bu təklifi rədd etmiş və maaş artımına ehtiyac görməmişdilər. Buna görə də bu dəfə rəhbərliyi buna inandırmaq lazım olacaq və asan olmayacaq bir söhbətə hazırlaşın.


Necə həll etmək olar?


Əvvəlki vəziyyətdə olduğu kimi bir plan qurun və arqumentləri düşünün. Bu dəfə səhv etmək şansınız yoxdur, bütün mübahisə gücləndirilməli və sizin lehinizə işləməlidir.


3. Önünüzü inkişaf etdirmirsiniz


Özünü inkişaf etdirməyən mütəxəssis maaş artımı üçün rəhbərliyə müraciət edə bilməz. Sahəniz tez-tez yenilənir, buna görə də yeniliklərə adaptasiya olmaq lazımdır.


Necə həll etməli?


Keyfiyyətlərinizi artıracaq kurslara gedin, seminarlara qatılın, sahə üzrə ədəbiyyat oxuyun və təhsil videolarını izləyin. Alınan biliklərin təsdiqlənməsi üçün sertifikat və müəllim tövsiyəsi almağınız xeyrinizədir.


4. Məsuliyyətinizi artırmaqdan qorxursunuz


Gündəlik işlərinizi yaxşı görmək bu o demək deyil ki, maaşınızı artıracaqlar. Ancaq iş keyfiyyətinizi artırmaqdan qorxmursunuz və yeni məsuliyyət alırsınızsa, bu başqa məsələ.


Bunu necə həll etməli?


Sahəniz ilə bağlı olmayan tapşırıqların icrasına atılın. Müstəqil qərarlar qəbul edin və idarəetmə funksiyalarını yerinə yetirin. Bu sizin adi bir mütəxəssisdən menecerə qədər yüksəlməyinizə kömək olacaq, eyni zamanda maaşınız 2-3 dəfə artacaq.


5. İşin həcminin artması haqqında danışın


İşə gəldiyiniz zaman etdiyiniz hər şey sizin fəaliyyət sahənizə aid deyildir. Əgər bunları etmisinizsə, bu haqda rəhbərliyə danışmaqdan çəkinməyin.


Bunu necə həll etməli?


Müdirinizlə danışın və hazırda hansı işləri gördüyünüzdən bəhs edin. Ancaq bu iddia kimi olmamalıdır. Xeyir daha çox işləməyin və iş yükünüzün azaldılması lehinə deyilsiniz. Amma daha da çox almaq istəyirsiniz. Normal bir rəhbər sizin istəyinizi başa düşəcək və maaş artımına gedəcəkdir.


6. Müdir daha məhsuldar olduğunuzun fərqində deyil


Satışlar böyüyür, müştərilər xoşbəxtdir və kompaniya daha çox qazanır. Müdirlər bu prosesdən məmnundur, ancaq bunun səbəbini çox araşdırmaq istəməzlər. Bu vəziyyətin sizə də təsir etdiyindən danışın. Hər bir işçinin şəxsi effektivliyi, şirkətin ümumi bir uğurudur.


Bunu necə həll etməli?


Son aydakı çalışmağınıza dair bir hesabat hazırlayın. Sonda bununla rəhbərliyə nəticəni təqdim edəcəksiniz, məsələn, planı yerinə yetirmisiniz, KPI keçmisiniz və s. Bu halda rəhbərlikdən maaş artımı istəmək daha məntiqli görünə bilər.


7. Şirkətdəki maaş pozisiyası üçün üst səviyyədəsiniz


Radikal bir həll yolu lazımdır. Müdirlərlə maaş artımı haqqında danışmaq sadəcə yersizdir. Belə ki, çalışdığınız şirkətdə yüksək bir maaş limiti var. Sizin üçün faydalıdır, amma şirkət üçün deyil, bunu unutmayın.


Bunu necə həll etməli?


Burada sizin iki həll yolunuz var: İşinizi dəyişdirmək və ya həmin şirkətdə başqa bir öhdəlik üçün müraciət etmək. Birincini seçmisinizsə, rezume hazırayın, bazarı araşdıırn və ən maraqlı variantı seçin. İkinci halda isə, rəhbərliyə vəziyyəti izah edərək danışın və birlikdə sizə yeni bir öhdəlik versinlər.


8. Sizin maaşınız bazara uyğundur


Bu vəziyyətdə nəsə etməyiniz faydasız kimi görünür. Maaş artımı istəyi ilə sadəcə, başqa mütəxəssislərin arzuladığı işinizi itirmək riski yaranır. Eyni zamanda, bundan sonra həmin şirkətdə qazandığınız maaşı bərpa edəcəyinizə dair bir zəmanət də yoxdur.


Bunu necə həll etməli?


İşlədiyiniz bazar üzrə maaş artımı istəmək axmaqlıdır. Ancaq başqa bazarlar axtarışına başlaya bilərsiniz. Məsələn, Qərb təşkilatları ən yaxşı variant ola bilər.