şənbə, 5 dekabr 2020

Texnologiyanın inkişafı insan münasibətlərini dəyişdirdi: 5 TERMİN

276

İnternetin yaranması ilə insan münasibətlərində də dəyişiklik müşahidə edildi. Biz qarşı tərəfin simpatiyasını layk ilə ölçməyə və dostlarının sayı ilə virtual sədaqətini qiymətləndirməyə başladıq. Aşağıda sizə texnologiyanın inkişafı ilə ortaya çıxan terminlər haqqında danışacağıq.

Steşinq

Stash sözündən olub, mənası gizlətmək deməkdir. Bir oğlan və ya qız sizin doğmalarınızı tanımır, ona görə də birlikdə olduğunuz fotoları sosial mediada paylaşmır. Ola bilsin ki, partnyorunuz sizdən çəkinir. Bu fenomen yeni deyil. Belə ki, yüz il əvvəl də cəmiyyətdə olan oğlan və qızlar doğmalarını “öz dairələri istisna olmaqla” sevgililərinə və oğlandısa gənc xanımlara tanıtmaqda ehtiyat edirdi. Sosial qərəzin demək olar ki, ortadan qalxdığı bir dövrdə gənc oğlan və ya qızın sizi öz ailəsi ilə tanış etməməsi, sizə ciddi münasibət kimi baxmadığını göstərir. Öz partnyorunuzun qurbanı olmamaq üçün bu istiqamətdə sualları birbaşa qarşı tərəfə ünvanlaya bilərsiniz.

FOMO

Bu fenomen şəxsin başqaları ilə deyil, özü ilə olan əlaqəsini göstərir. Belə ki, ingilis dilindən tərcümədə fear of missing out - gözdən kənarda qalmaq kimi də anlaşılır. Sosial mediada davamlı olaraq reallaşdıra biləcəyinizdən daha çox ideya verir. Nəticədə, insanlar FOMO adlı qorxu yaşayırlar. Başqalarının qatıldığı o qədər çox maraqlı layihə və tədbir var ki, sən onların bir parçası deyilsən! Ancaq nəzərə alın ki, eyni anda hər yerdə olmaq mümkünsüzdür. Ona görə də, bəzən evdə qalıb, kitab oxumaq ən yaxşı yoldur. Üstəgəl, nəzərə alın ki, sosial mediada baş verənlər real mənzərəni əks etdirmir, orada insanlar ən yaxşı məqamları göstərirlər. Bəlkə də, onların görüşü çox darıxdırıcı olub, hətta günün sonunda bunun qarşısını almaq üçün bir siqaret də yandırıblar.

Mostinq

Bu söz ingilis dilində most - ən çox sözündən yaranıb və jurnalist Treysi Mur tərəfindən yaranmışdı. Münasibətlər üzrə mütəxəssislərin sözlərinə görə, bir çox insanlar bu üsuldan öz məqsədləri üçün istifadə edirlər və sizi kompliment atəşinə tuturlar. Onların sözlərinə görə, yaltaqlıq və yalan danışmaq hələ də bir insanda maraq oyatmağın ən sadə üsullarından biridir. Əgər kimsə sizi kompliment atəşinə tutubsa, unutmayın ki, onun burada bir məqsədi ola bilər.

Getsbinq

Ola bilsin ki, siz sosial media üzərindən tez-tez foto, video, qeydlər paylaşırsınız. Düşünürsünüz ki, sizin paylaşımlarınıza O reaksiya verəcək, nəticədə ondan başqa hər kəs sizə yazır. Bu termini ilk dəfə Avstraliyadan yazıçı Matilda Dods öz romanının qəhrəmanı Böyük Getsbinin şərəfinə istifadə etmişdi. Belə ki, Cey Qetsi hər həftə sonu özünün malikanəsində böyük bir şənlik təşkil edirdi. Onun burada məqsədi isə o idi ki, başqa biri ilə evlənmiş sevgilisinin diqqətini cəlb etsin.

Orbitinq

Bu termini ilk dəfə düşünən isə köşə yazarı Anna İovin olub. Məsələn, bu o deməkdir ki, sizin sosial mediada dostlarınız var, ancaq onlar nə sizinlə danışırlar, nə şərh yazırlar, nə də postlarınıza layk qoyurlar. Yəni, sadə dildə desək orbitdə qalırlar. Bəzi hallarda orbitinq sizi görmədiyiniz, eləcə də köhnə tanışlar ilə bağ qurmağınıza kömək ola bilər. Qəti şəkildə demək mümkünsə, bir çoxlarımız bizə abunə olan virtual tanışlar ilə belə vəziyyətdəyik. Heç kim yüzlərlə abunəçisi və virtual dostu ilə əlaqə saxlamır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün