Koronavirus geri çəkilməyi düşünmür. Bəzi ölkələrdə yenidən karantin rejimini tətbiq edirlər.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 35 milyondan çox koronavirus hadisəsi aşkar edilmişdi. Ancaq real infeksiya sayı 20 milyondan çox ola bilər.


Facemark.az xəbər verir ki, bu haqda səhiyyə təcili yardım proqramının direktoru Maykl Ryan deyib.


Onun sözlərinə görə, dünya əhalisinin təxminən 10%-i bu virusa yoluxa bilər, bu isə təxminən 780 milyon nəfərdir. Əhalinin qalan 90%-i isə yoluxma riski altındadır.


Ryan deyib ki, indi pandemiya inkişaf etməkdə davam edəcək, ancaq infeksiyanın başqalarına keçməsinin qarşısını almaq və onların həyatını xilas etmək üçün vasitələr var. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, infeksiyaya yoluxma halı xüsusilə Cənubi Şərqi Asiyada yüksək artım nümayiş etdirir. Avropa və Şərqi Aralıq dənizində isə ölüm halları müşahidə edilir. Amma Afrika və Sakit okeanın Qərbində isə vəziyyət daha pozitivdir. Belə mənfi tendensiya səbəbindən bəzi ölkələrin səlahiyyətli şəxsləri yenidən məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər. Belə ki, bu yaxınlarda İsrail hökuməti yenidən tam karantin rejimini bərpa edib. Sloveniya, Çexiya Respublikasında isə təcili bir rejim tətbiq edilib.


Qonşu Moskvada isə şəhər yaşlıları və xroniki xəstəlikləri olanları yenidən evə qaytarıb. Şirkətlər isə çalışanlarının 30%-ni yenidən onlayn çalışma rejiminə qaytarıb.


Azərbaycana gəldikdə isə, ölkədə 65 yaşından yuxarı şəxslərin ən zəruri hallarda çölə çıxması tövsiyə edilib. Dövlət qurumlarında çalışanların 30%-i yenidən onlayn rejimə keçib. Bakı Metropoliteni noyabrın 2-dək fəaliyyətini dayandırıb və elə həmin tarixə qədər ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.


Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilirdi ki, bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.


“Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq”, - deyə Operativ Qərargahdan xəbərdarlıq edilirdi.


Aşağıdakı şəkildə isə koronavirus infeksiyasına yoluxma sayının son həftədə necə artdığına dair statistikanı görə bilərsiniz.