Mel Gibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstəyə görə Nizami kino mərkəzi bundan sonra onun iştirakı ilə çəkilən bütün filmlərin nümayişindən imtina edib.


Facemark.az xəbər verir ki, amerikalı aktyor özünün video müraciətində Qarabağ münaqişəsində erməni xalqının yanında olduğunu söyləmiş, eləcə də erməni xalqının “inadkar və səxavətli” olmasından bəhs etmişdi: “Dostlar, möhkəm olun, işinizi davam etdirin, Allah sizi qorusun”, - demişdi.


Azərbaycan və Ermənistan arasında Qarabağ konflikti sentyabrın 27-də düşmən tərəfindən yenidən alovlanmışdı. Rəsmi Bakı və İrəvan arasında bir neçə dəfə atəşkəs elan edilsə də, hər dəfəsində qarşı tərəf bunu pozmuşdu. Onlar müharibənin getmədiyi ərazilərdə, Gəncə, Bərdə şəhərlərində mülki əhaliyə qarşı amansızlıq etmiş, xeyli sayda dinc sakin onların qurbanı olmuşdu.


#MelGibson #StopSupportTerrorism #KarabakhisAzerbaijan