Türkiyənin tanınmış youtuber-i, YouTube striminq platformasında 4 milyondan çox abunəçisi olan Ruhi Çenet bu dəfə Azərbaycan-Ermənistan cəbhə xəttinə gedərək 15 dəqiqəlik videoçarx hazırlayıb. Videoya baxış sayı artıq 1 milyona yaxınlaşır.
Facemark.az xəbər verir ki, Ruhi Çenet Ermənistanın işğalından azad edilən, Talış kəndinə baş çəkib.
O, deyir ki, burada yaşayan xalq sırf ermənilər deyildi, onlar Ermənistanın köç siyasəti ilə Qarabağa köçürülmüşdü. O, videonun davamında evlərdən birinə gedir təəccüblənmədən deyir: “Ev çox səliqəli görünür, heç bir dağıntı yoxdur, çünki Azərbaycan əsgərləri mülki şəxsləri hədəfə almır”.
Ermənilərin əlində olan bu torpaqlar artıq Azərbaycanlılara aiddir - Ruhi Çenet deyir.
Onun olduğu yerin 100 metrliyinə mərmi düşür: “Böyük bir faciədən qurtulduq”.
VİDEO-NUN DAVAMI BURADA