Amerikanın transmilli korporasiyası “Johnson&Johnson” işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı verib. Şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunur.


Tvitdə deyilirdi:



“Artsax”da baş verən qarşıdurmalarda ziyan görənlərə dəstək üçün ayrılan yardımları Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcəklər.


Daha sonra, məşhur korporasiyanın tvitini sildiyi deyilsə də, onun sadəcə azərbaycanlı internet istifadəçilərindən gizlədildiyi aşkara çıxıb.


Şirkətin tanınmamış qondarma respublikaya belə dəstək verməsi sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və bununla bağlı etirazlar başlayıb. Bu etirazlara iri supermarket şəbəkələri də qoşulub və rəflərindən bu şirkətə məxsus olan məhsulları çıxarıblar. Amerika şirkəti isə baş verən hadisəyə görə, Azərbaycan xalqından üzr istəməyib.


Boykoto qoşulan supermarketlər şəbəkələri isə belə olub:


- Araz Supermarket






Hörmətli izləyicilərimiz, əziz xalqımız, elan elədiyimiz kimi "Johnson&Johnson" şirkətinə məxsus məhsullar rəflərimizdən yığışdırılır. Biz ərazi bütövlüyümüzə hörmət etməyən heç bir şirkətin məhsulunu rəflərimizdə saxlamayacağıq.


#BizBirlikdəGüclüyük #QarabağAzərbaycandır


- Bolmart Supermarket



Hörmətli müştərilərimiz nəzərinizə çatdıraq ki, rəsmi twitter hesabından Qondarma Qarabağ qurumunu dəstəkləyən paylaşım etdiyinə görə "Johnson&Johnson" şirkətinin məhsullarının satışı bütün marketlərimizdə dayandırılmışdır.


#bizbirlikdəgüclüyük


- Avromed



“Avromed” QSC rəsmi “Twitter” hesabından Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşma ortaya qoyan “Johnson & Johnson” şirkətinin məhsullarının satışını tamamilə dayandırıb. Hər zaman ölkəmizə dəstək olmağa hazır “Avromed” şirkəti bundan sonra da bu cür hallara öz qətiyyətli münasibətini bildirməyə davam edəcək.


- Grandmart



Hörmətli müştərilərimiz nəzərinizə çatdıraq ki, rəsmi twitter hesabından Qondarma Qarabağ qurumunu dəstəkləyən paylaşım etdiyinə görə "Johnson&Johnson" şirkətinin məhsulları bütün marketlərimizdə rəflərdən çıxarılmışdır.


#bizbirlikdəgüclüyük


- Bazarstore



Rahat supermarketlər şəbəkəsi


“Rahat” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib və boykota qoşulanlardan birincisi olub.


Belə ki, bu sosial media istifadəçiləri tərəfindən başladılan ilk boykot deyil. Daha öncə isə fast-food restoranları şəbəkəsi də Qarabağda baş verən döyüşlərdə Azərbaycan əsgərlərinə və xalqına dəstək ifadə etmiş, daha sonra isə erməni lobbisinin təzyiqindən dolayı, paylaşımlarını silmişdi. Nəticədə bir neçə gündür ki, şirkətin paytaxtda yerləşən restoranları belə demək mümkünsə müştəri üzünə həsrət qalıb.