Noyabrın 10-da Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin II Qarabağ Müharibəsinin bitməsi ilə bağlı Azərbaycan Televiziyasında CANLI YAYIMI baş tutdu.


Prezident çıxışı zamanı Rusiya, Azərbaycan, Ermənistanın da iştirakı ilə tarixi bir sənədə imza atdıqlarını dilə gətirdi. Bu sənədin maddələrindən biri də o idi ki, Dağlıq Qarabağın statusu haqqında söhbət belə edilmir, Kəlbəcər, Ağdam, Laçın rayonları işğalçı ölkə tərəfindən Azərbaycana geri qaytarılır. Bu sevincli, Azərbaycan hökuməti üçün xoş xəbərdən sonra, insanlar saatın neçə olmasına əhəmiyyət verməyərək küçəyə bu tarixi günü qeyd etmək üçün axışdılar. Eləcə də, sosial media hesabı üzərindən də bu bayramı qeyd etdilər.


II Qarabağ Müharibəsi başlayandan bu yana azərbaycanlı istifadəçilər üçün də populyar bir məcraya çevrilən Twitter-də, həm yerli soydaşlarımız, həm də bizim qələbəmizə sevinən dostlarımız tvitlər atdılar. Onlardan maraqlı olanlarını sizin üçün bir araya gətirdik.


Qələbə ilə bağlı bütün azərbaycanlıları təbrik edirik. Şəhidlərimizə isə rəhmət diləyirik. Bu gün azad, məsud, hür olmağımızı onlara borcluyuq!