2021-ci il ÖKÜZ ili 12 fevralda başlayır və 2022-ci ilin yanvarın 21-də başa çatacaq. Bu il bütün problemlərin ciddi nizam-intizamla həll edilə biləcəyini göstərir.


2020-ci il SİÇOVOL ili həyatın bütün sahələrində çox çətin keçdi. Qlobal dünyada sağlamlıq problemləri yarandı, iqtisadiyyat tənəzzülə uğradı. Ölkələr isə daha sərt nəzarət və qaydalar tətbiq etdilər. Ancaq 2021-ci il isə daha ümidli görünür.


Cəmiyyət


2021-ci il həyatınızı qaydaya salmaq üçün əla fürsətdir. 2021-ci il uğur qazanmaq istəyənlərə və bunun üçün ciddi səy göstərənlərə gülümsəyəcək. Metalik Öküz insanları təbii ehtiyatlara yönəlməyə və planetin ekologiyasına daha çox qayğı göstərməyə çağırır. Ailə, dost, əzizlərinizə qayğı göstərdiyiniz qədər planetə də qayğı göstərməlisiniz. Öküz işarəsi xüsusilə təbii fəaləkətlər zamanı şəfqət, mərhəmət və insanlar arasında münasibətlərin harmoniyasını təşkil edər. Buna görə də, 2021-ci ildə ehtiyacı olanlara yardımdan daha çox xeyiriyyə işi görmək lazım olacaq.


Maliyyə və iş


2021-ci ildə karyera zirvəsinə çatmaq daha çətin olacaq görünür. Peşəkar çətinliklərin öhdəsindən gəlmək bir qədər mümkünsüz olacaq. Bir şeyə nail olmaq üçün əzmkarlıq və çalışqanlıq göstərməlisiniz. Tənbəllik və laqeydlik 2021-ci ilin düşmənləri olacaq. Bizi daim qənaət etməyə sövq edəcək, ciddi maliyyə sıxıntıları yarana bilər. İşini itirənlər və öz ixtisaslarına uyğun fəaliyyət sahəsi tapa bilməyənlər özlərini başqa sferalarda sınaya bilərlər. Kənd təsərrüfatı bu il üçün perspektivli hesab edilir.


Sağlamlıq


2021-ci il bütün bürclər üçün əla bir il olacağını vəd edir. Qarşıdan gələcək növbəti ilə sağlamlıq, pozitivlik və xoşbəxtliklə dolu olacaq. Öküz ilinin gəlişi ilə bəzi dəyişiklərin əsası qoyulacaq. Bütöv bir il insanları daha açıq və kommunikativ olmağa təşviq edəcək. Potensial işəgötürənlər və partnyolar ilə dialoq aparmaq daha asan olacaq. ÖKÜZ təbiətdə olmağı sevən bir heyvandır. Buna görə də insanlara tez-tez açıq havada olmaları tövsiyə edilir. Hər axşam gəzintisinə çıxmaq və həftə sonları tez-tez şəhər xaricinə çıxmaq tövsiyə edilir.


Sevgi və münasibətlər


İnsanların özlərinin yarısını tapmağı ölkədəki vəziyyətlə əlaqədar çətinləşəcək. Öküz hər bir insanın xarakterinə inad xüsusiyyəti də əlavə edəcək. İş sferasında bu bir üstünlükdür. Ancaq münasibətlər üçün mənfi hal kimi qiymətləndirilir. Evli cütlüklər münasibətlərində bir uzlaşma tapmaqda çətinlik çəkəcəklər. Bu da boşanma sayında bir artım oacağına işarə edir. Gənclərin əks bir cinslə ortaq bir dil tapması da çətin olacaq. Bu səbəbdən 2021-ci ildə toyların sayının çox olacağını gözləmək lazım deyil. Astroloji proqnoz gizlilik pəncərəsini açır və sizi lazmsız səhv və xətalardan xilas edir.


Bəzən deyil, bütöv ömür və il boyu özünüzə və yaxınlarınıza qarşı daha diqqətli olmaq diləyi ilə..