SpaceX kompaniyasının baş direktoru İlon Mask bir gündə koronavirus infeksiyasına qarşı 4 test verib.


Facemark.az xəbər verir ki, o, özünün Twitter hesabı üzərindən deyib ki, testlərdən ikisinin nəticəsi müsbət, ikisində isə mənfi olub.


“Necə bir cəfəngiyyat baş verir. Bu gün COVID-19-a görə 4 test verdim. Amma testin ikisinin nəticələri müsbət, ikisində isə mənfi olub”, - biznesmen sosial şəbəkədəki açıqlamasında deyib.


Onun sözlərinə görə, yoxlama zamanı eyni test və avadanlıqdan istifadə edilib. Mask deyib ki, tibb bacısını belə dəyişməyib.


İlon əlavə edib ki, onlar Becton, Dickinson and Company-dən ekspress antiqen testlər olub.