şənbə, 5 dekabr 2020

Şirkətlər Instagram və Facebook hesablarını bir interfeysdən idarə edə biləcək

165

Facebook yeni çarpaz - platforma həlli Facebook Business Suite haqqında elan edib.

Facemark.az xəbər verir ki, onun köməyi ilə şirkətlər Instagram və Facebook hesablarını bir interfeysdən idarə edə biləcək.

Korporasiyadan verilən məlumata görə, birinci növbədə yeni platforma kiçik bizneslər üçün nəzərdə tutulub. Şirkətin məlumatında bildirilib ki, pandemiya daha kiçik və orta biznesləri onlayn olmağa təşviq edib. Korporasiyadan deyiblər ki, Facebook və Instagram-da post yaratmaq və planlama bacarığının, Facebook şirkətinin KOBİ-lərdən aldığı ən vacib tələblərdən biri olub.

Yeni platformanın köməyi ilə isə sahibkarlar mesajları, bildirişləri və reklamları bir interfeysdən idarə edə biləcəklər. Bundan başqa, onların analitik məlumatlara əlçatanlığı olacaq. Məsələn, onlar biləcəklər ki, hansı kontentə istifadəçilər daha çox geridönüş edirlər.

2021-ci ildə isə Facebook panlaşdırır ki, yeni platformaya özünün WhatsApp messencerini də əlavə etsin.

Xatırladaq ki, may ayında Facebook, Facebook Shops platformasını işə salmışdı. Onun köməi ilə kiçik və orta bizneslər sosial şəbəkədə pulsuz şəkildə məhsul piştaxtası yarada bilirdilər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün