Baby Shark mahnısına olan video YouTube striminq platformasında 7,04 milyard baxış alıb.


Facemark.az xəbər verir ki, bu haqda The Guardian nəşri məlumat verib.


Video platformada ən çox baxılanların sırasında birinci olub və üçillik lider olan Luis Fonsi və Deddi Yankinin Despasito mahnısını ötüb keçib, belə ki, baxış sayı 7,03 milyard dəfə idi. Öncəki lider, eyni zamanda rekord sayda baxış və layka görə Ginnesin rekordlar kitabına düşüb.


Baby Shark YouTube platformasına 2016-ci ildə əlavə edilib. Despasito isə videohostinqə bir il sonra yüklənmişdi. Beləliklə Baby Shark YouTube-a yükləndikdən dörd il sonra baxış sayına görə özündən bir il sonra yüklənən Despasito mahnısını ötüb keçib.