Texnologiyanın həyatımızın hər sahəsinə siraət etdiyi bir ili geridə qoyuruq. COVID-19 dövründə ehtiyac və istehlakçı vərdişlərimizi yenidən dizayn edərkən “texnologiya” dünyanın yeni hədəf nöqtəsinə çevrildi. Maraqla gözlədiyimiz 5G və süni zəka texnologiyaları haqqında 2021-ci ildə danışılacaqmı?


150 illik keçmişi ilə “Generali Sığorta” 2021-ci ildə yeni texnologiya olaraq qarşımıza çıxacaq və gündəlik həyatda daha çox yer alacaq trendləri açıqlayıb.


5G bütün sürəti ilə gəlir


Texnologiya dünyasında 2021-ci ildə yaşanacaq dönüş nöqtələrindən biri 5G texnologiyası olaraq qarşımıza çıxır. 5G texnologiyası qlobal miqyasda istifadə edilməyə başlanacaq. Yaxın dövrlərdə həyatımıza daxil olması gözlənilən 5G bir çox yeniliyi də özü ilə gətirəcək. 5G telefon xaricində, sağlamlıq, avtomobil, əyləncə, xidmət kimi bir sıra sektorda da köklü dəyişikliklərin qapısını açacaq.


Robot assistantlar geniş vüsət alacaq


Dünyanın fərqli yerlərində robot şəfqət bacıları, mühafizə, hostes və ofisiantlardan istifadə edilir. 2021-ci ildə isə bu texnologiya evlərə daxil olacaq. Xüsusilə bu robot assistantlar ağıllı evlərdə istifadə ediləcək. Gələcək 10 idə isə gündəlik həyatdakı bir çox işi asanlaşdıracaq.


Ağıllı film və seriallar gəlir


2019-cu ildə bazara çıxarılan Black Mirror: Bandersnatch izləyiciyə təqim etdiyi seçimlər ilə böyük marağa səbəb omuşdu. 2021-ci ildə izləyicini hekayənin inkişafına daxil edəcək ağıllı film və serialların sayı artacaq.


Onlayn işləmək çoxalacaq


COVID-19 öncəsində evdən işləmək sahibkarların üstünlük vermədiyi çalışma modeli idi. Ancaq pandemiyanın gətirdiyi məcburiyyətlərdən biri halına gəldi. 2021-ci ildə digital platformaların dəstəyi ilə ofis və insan resursları xərclərini azaldacaq uzaqdan çalışma sistemi daha da genişlənəcək.


Ağıllı assistantlar avtomobillərdə


Siri və Google Assistan səsli əmrlə çalışan ağıllı assistant texnologiyaları 2021-ci ildə də geniş vüsət alacaq. Avtomobil istehsalçıları yeni modelləri ağıllı assistantlarla təchiz etməyə çalışacaqlar.


Qatlana bilən telefon modelləri


Ağıllı telefon texnologiyasının ən yeni üzvi olan qatlana bilən telefonlar uzun müddətdir ki, gündəmdədir. Bu texnologiyalar uzun zamandır ki, istifadə edilir, ancaq istehsalçı firmaların bu tip telefonları 2020-ci ildə istehsal edəcək olmalarından dolayı 2021-ci ildə də qatlana bilən telefonların populyarlığı artacaq.


Sərhədsiz yaddaş sahəsi


Digital çevrilişin gətirdiyi vacib suallardan biri da yadda sahəsidir. 2021-ci ildə istifadəçilərə pulsuz və sərhədsiz yaddaş sahəsi təqdim etməsi gözlənilir. Bu vəziyyət mövcud sənədləri, fotoları və videoları silmə problemini aradan qaldıracaq.