Qısa videoların mübadiləsi xidməti TikTok ABŞ-ın Apellyasiya Məhkəməsindən Xarici İnvestisiyalar üzrə Komitənin (CFIUS) qərarlarını yenidən nəzərdən keçirməsi ilə bağlı müraciət göndərib.


Facemark.az xəbər verir ki, məsələ orasındadır ki, bir neçə həftədir ki, departamentdən heç bir xəbər yoxdur.


The Verge nəşrinin yazdığına görə, bu arada noyabrın 12-i ByteDance şirkətinin Amerika biznesini satmaq üçün son tarixidir.


Donald Tramp tərəfindən imzalanan fərmanlara görə, ABŞ-ın fərdləri, təşkilatları, dövlət və özəl təşkilatları ByteDance və WeChat ilə hər-hansı əməliyyatları həyata keçirməməli idi.


Başlanğıcda TikTok-un sahibinə potensial alıcılar ilə görüşməsi və bir razılığa gəlməsindən dolayı 45 gün vaxt verilsə də, daha sonra bu müddət noyabrın 12-dək uzadıldı. Ancaq TikTok-dan verilən məlumata görə, onlar fərmandan gələn vəzifələri yerinə yetirsələr də, CFIUS-dan hər-hansı geridönüş əldə etməyiblər.


Kompaniya, eyni zamanda istifadəçi məlumatlarının toplanması və təhlükəsizliyi ilə bağlı işlər gördü və Oracle və Walmart-ın da iştirak etdiyi mürrəkkəb bir müqaviləyə imza atdılar. Tramp bu razılaşmanı təsdiq etsə də, Çin rəsmiləri tərəfindən bir təsdiq almadılar.


TikTok-un Amerika ofisi ultimatumun sona çatmasından sonra, nə edəcəyini bilmədiyindən dolayı, qərarsızlıq içindədir. İşçilərinin maraqlarını qorumaq və konkret bir nəticəyə nail olmaq üçün şirkət Appelyasiya Məhkəməsinə müraciət edib.


Trampın fərmanlarının taleyi keçən həftə keçirilən prezident seçkilərindən sonra sual altına düşüb. Joe Biden ən yüksən nəticəni əldə etsə də, rəqibi Tramp səsvermənin nəticələrinə meydan oxumağa qərar verib.