şənbə, 5 dekabr 2020

Twitter-ə stories funksiyası gəlir – Foto

202

Twitter, Fleets-i işə salır. Fleets anlıq düşüncələri paylaşmaq üçün söhbəti başlatmağa köməkçi olur və sadəcə 24 saatlığa yayımda qalır.

facemark.az xəbər verir ki, Twitter, Braziliya, İtaliya, Hindistan, Cənubi Koreyada apardığı testlə, Fleets ilə insanların söhbətdə daha rahat iştirak etdiklərinə kömək olduğunu aşkarlayıb.

Fleets-dən istifadə edənlər, Fleets və Direkt Mesajlar vasitəsilə Twitter-də daha çox söhbətdə iştirak etdilər.

Twitter-də yeni olanlar Fleets-ləri ağıllarından keçənləri paylaşmağın daha asan yolu olaraq gördülər. Bir gün sonra itdiyindən dolayı, Fleets insanların şəxsi, gündəlik düşüncələrini, fikirlərini, duyğularını paylaşan zaman özlərini daha rahat hiss etmələrinə kömək olur.

İstifadəçilər bu yeni funksiya ilə mətn, tvit, fotolar və ya videolar ilə Fleet yarada biləcək və Fleet-lərini çeşidli arxa plan və mətn seçimləri ilə özəlləşdirəcək.

Fleets-də bir Tweeti paylaşmaq üçün Tweetin altındakı paylaş düyməsinə ardından da “Fleet’i Paylaş”a basmaq kifayətdir. Sonra, bəzi mətn və emojilərlə bunun haqqında nə düşündüyünü istifadəçi əlavə edə bilər. Yaxın zamanda, stiker və canlı yayım funksiyası Fleets-də mövcud olacaq.

Twitter-də istifadəçilər Fleets-ləri əsas səhifə zaman axınlarının ən üstündə görə biləcək.

Bütöv profili görən hər kəs orada şəxsin Fleetslərinizi də görə biləcək. İstifadəçi hər kəsdən Direkt Mesaj alma funksiyasını aktiv edibsə, Fleetslərinə hər kəs cavab verə biləcək. İstifadəçi bir Fleet-ə cavab vermək istəyirsə, yazara Direkt Mesaj və ya emoji göndərmək üçün üzərinə toxunmaq və söhbətə Direkt Mesajlarda davam edə biləcək.

Fleets, istifadəçinin geri dönüşlərinə görə yeni funksiya ilə zaman içində aktivləşəcək.

Twitter, bu formatın bir müddətdir ki, istifadə edildiyini bilir və bunun Twitter üçün də məntiqli olduğunu fərq etdi. Yaxın günlərdə, dünya miqyasında hər kəsin iOS və Android üçün Twitter-da Fleets-ləri olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün