şənbə, 5 dekabr 2020

Niderland Dağlıq Qarabağ müharibəsinə görə Türkiyə və Azərbaycana qarşı – SANKSİYA tətbiq etdi

263

Niderland Parlamenti, Dağlıq Qarabağ müharibəsi ilə bağlı olaraq Türkiyə və Azərbaycana sanksiya tətbiq edib.

Facemark.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və ailəsinə, Türkiyəyə isə silah satışına məhdudiyətlə bağlı sanksiya tətbiqi ilə bağlı qərar verilib.

Azərbaycan ordusu işğal altındakı torpaqları qurtarmaq üçün 27 Sentyabrda Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayıb. Ağır itkilər verən Ermənistanın baş naziri Nikol Paşinyan, ölkəsi üçün təslim olduğunu ehtiva edən atəşkəs razılaşmasını bağlamaq məcburiyyətində qalmışdı.

“Hüsrana” uğrayan Ermənistana isə Niderland sahib çıxıb. Niderland isə bütün bu hadisələri “həzm edə bilməmiş”, torpaqları üçün şərəfi ilə mübarizə aparan Azərbaycan və “Azərbaycan bizim qardaşımızdır!” deyərək arxasında dayanan Türkiyə Cümhuriyyətinə sanksiya qərarı alıb.

Azərbaycan prezidenti İlham Əliyev Niderlandın Azərbaycana yeni təyin olunan səfiri Paulin Eizemanın etimadnaməsini qəbul edən zaman bu hadisəyə də münasibət bildirib: “Parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək”.

Eyni zamanda səfir prezident ilə görüşü çərçivəsində bu sözləri deyib: “Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün