Koronavirus epidemiyası ilə mübarizə bütün dünyada davam edir. Bu dövrdə həyatımızı asanlaşdıracaq bir sıra texnologiyalar ilə tanış olduq. Ən çox izlənilən gündəmlərdən biri də son Covid-19 məlumatlarının anlıq göründüyü platforma və xəritələr oldu.


facemark.az xəbər verir ki, son dövrlər bir çox yeni funksiyalar qazanan Google Xəritələri servisinə Covid-19 ilə bağlı yeniliyin əlavə ediləcəyi haqqında məlumatı sizinlə paylaşmışdıq. Sentyabrda təqdim edilə bu funksiya artıq rəsmi olaraq istifadəyə verilir.


Azərbaycanda onsuz da koronavirus epidemiyası ilə bağlı son məlumatı koronavirusinfo.az saytı üzərindən əldə etmək mümkündür. Ancaq Google-un yenilənməsi ilə Google Xəritələr artıq bir bölgədəki koronavirusa yoluxma sayını da göstərəcək. Platforma bu günə qədər ümumi yoluxma sayı ilə yanaşı, həyatını itirən insanların sayını da nümayiş etdirəcək. Platformadan istifadə edən istifadəçilər son 1 həftəlik vəziyyəti də görə biləcəklər. Google Xəritələrinin bir başqa funksiyası isə ictimai nəqliyyatdakı son vəziyyəti istifadəçilərə göstərir.


Platforma, anlıq olaraq istifadəçilərə metro və avtobusdakı doluluq nisbətini də təqdim edəcək. Bu isə onlara sosial məsafəni qorumaq məsələsində fikir sahibi olmağı təmin edəcək.


Google koronavirusa dair məlumatları isə Wikipedia, New York Times, Johns Hopkins Üniversitesi və Brihanmumbai Municipal Corporation-dan anlıq olaraq təmin edəcək. Hər iki funksiyanın yaxın günlərdə Android və iOS istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.