Huawei, alt markası Honor-u satacağı ilə bağlı şayiələrə son qoyub. Marka və markaya aid bütün aktivlərin satışı ilə bağlı razılıq əldə edilib.


Ancaq Honor-un yeni sahibinin Shenzhen Zhixin New Information Technology adlı konsorsium olduğu deyilir.


Facemark.az xəbər verir ki, edilən açıqlamaya görə, Huawei satış prosesi tamamlandığında Honor-da hər-hansı bir aktivə sahib olmayacaq. Satın alma əməliyyatının dəyəri isə bilinmir.


Razılığın təxminən 15 milyard dollar istiqamətindəki iddialar isə hazırki vəziyyət üçün qeyri-müəyyəndir.


Huawei satış ilə bağlı olaraq deyib ki, “sənaye texnologiya elementlərinin davamlı və istehlak əməliyyatlarının böyük təzyiq altında olduğu çətin bir dövrdə, Honor-un fəaliyyətlərinə davam etməsi üçün onun aktivlərinin bir bütöv olaraq satmağa qərar verdi”, ifadələrindən istifadə edib.