şənbə, 5 dekabr 2020

Facebook-un regional direktoru gələcəyin trendlərini açıqladı

229

facemark.az xəbər verir ki, Facebook-un Yaxın Şərq, Türkiyə, Afrika üzrə regional direktoru Derya Matraş gələcəyi formalaşdıracaq trendlər haqqında danışıb.

- Təhlükəsiz alış-veriş

Pandemiya ilə birlikdə insanların 71%-i etdikləri alış-verişin bir çox baxımdan təhlükəsiz olmasını çox vacib sayır. Bu axtarış bu dövrdə e-ticarətin ciddi bir şəkildə böyüməyinə səbəb olub. Məsələn, istifadəçilərin 27%-i ilk dəfə bu dövrdə onlayn market alış-verişi etdiklərini deyir. Bu dövrdə dəyişikliklər satın alma səyahətinə də təsir edib. Alış-veriş anlayışı kəşf ticarətinə çevrildi. Facebook da bu dövrdə Facebook Shop-u reallaşdıran KOBİ-lərə və digər kiçik müəssisələrə daha çox dəstək olmağa başladı.

- Şüurlu sağlamlıq

Panemiyada, “Həyatımızdakı ən vacib məsələlər əslində nədir?” haqqında düşünmə fürsətimiz oldu. Bu dövrdə sağlamlıq heç olmadığı qədər vacib hala gəldi. Təbiət ilə yaxınlaşdıq. Şəxsi qulluqdan, meditasyona qədər sağamlıqla bağlı bir çox məsələnin həyatımızda yeri böyüdü.

- Qlobal icmalar

Pandemiyada, həm qlobal, həm də lokal olaraq iki fərqli ağırlığın təsirində qaldıq. Kiçik müəssisə, dükan sahiblərinin dəyərini daha yaxşı başa düşdük. Bir yandan çox daha lokal hiss edərkən, digər yandan da bütün dünya insanları ilə eyni gəminin içində olduğumuzu hiss etdik. Qlobal cəmiyyətlərin bir araya gəlməsində canlı yayımların böyük təsiri oldu. Canlı yayımlar hamımızın həyatının bir parçasına çevrildi. Xeyriyyə işləri qlobal cəmiyyətləri bir araya gətirməkdə çox faydalı oldu.

- Z nəsli

2000-ci ildən sonra doğulanlar - Z nəsli dünyanın 41%-ni təşkil edir. Onlar gələcəyi formalaşdıranlardır. Bu nəsil pandemiyadan sonra, sanki yenidən dünyaya gəldi. Əvvəlkindən daha çox işinə ehtiraslı, enerjili, aktivist. Aparılan araşdırmaya görə, Z nəslinin 61%-i aktivizim və sosial hadisələrə əvvəlkindən daha çox maraqlıdır. Bu nəsil ilə bağlı digər vacib məsələ markalarda çeşidlilik görmək istəkləridir. Dünyanı dəyişdirə biləcəyinə inanan çox dəyərli bir nəsil gəlir. Şirkətlər bu nəslin çalışmaq istədikləri yerlər ola biləcəkmi, bunu düşünmələri lazımdır.

- Connected Convenience

Başqa bir adla əlaqədə qalmağın rahatlığı.. Markalar müştərilərinin onlarla rahatlıqla əlaqəyə keçəcəyi kanallar varmı? Bu sualın cavabını axtardılar. Mesajlaşma platformalarında, video əsaslı kommunikasiya vasitələrinə qədər bir çox dijital platformanın doğru istifadə edildiyində gündəlik həyatımızı və işlərimizi daha məhsuldar hala gətirəcəyini görmək bu dövrün qazanclarından biri oldu.

Derya Matraş son olaraq içində olduğumuz bu dövrdə qalıcı hala gələn bu trendlərin gələcəyi formalaşdıracağını, bunları nəzərə alan şirkətərin isə çox dəyərli fürsətlər əldə edəcəyini deyib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün