YouTube xidmət şərtlərini yeniləyir. İndi reklamlar müəllifləri partnyorluq proqramında iştirak etməyən, məzmundan pul qazanmayan videolarda da görünəcək.


Facemark.az xəbər verir ki, bu cür reklamlardan yalnız saytın özü gəlir əldə edəcək.


Xidmətin nümayəndələri isə deyib ki, bu dəyişikliklər reklamverənlərin kütlələri ilə əlaqə qurmaq və işlərini böyütmək üçün bütün YouTube fürsətlərini məsuliyyətli bir şəkildə istifadə etmələrinə köməkçi olan yeni həllərə edilən davamlı investisiyanın bir parçasıdır.


Yeni şərtlər artıq ABŞ-da əlçatandır, ancaq digər ölkələrdə isə bu 2021-ci ilin ortasından qüvvəyə minəcək.