2020-ci ilin yanvar-iyul ayı dövründə mobil oyunların yükənməsi ötən ilin anoloji dövrü ilə müqayisədə 45% artım nümayiş etdirib. Ötən ilin müvafiq dövründə isə artım 32% olmuşdu.


Facemark.az xəbər verir ki, bu haqda AppsFlyer-in məlumatında deyilib.


Xüsusilə yüklənmə üzrə daha güclü artım özünütəcrid dövründə daha çox olub: 2020-ci ilin fevral ayı ilə müqayisədə mart və mayda oyunların alınması 25% artım göstərib.


Cari ilin fevral-avqust aylarında isə mobil platformalardakı satınalmalardan əldə edilən gəlir 67% artım nümayiş etdirib.


Şirkət izah edir ki, karantin dövründə mobil oyun istifadəçilərinin sayının qəfil artımı təəccüblü deyil.


AppsFlyer-in oyun məhsulları üzrə direktoru Adam Smart deyir ki, oyun istehsalçıları yaranmış olan vəziyyəti düzgün analiz etməli və fürsətdən istifadə etməlidirlər.


Mobil oyunların yüklənməsi ən çox Pakistan (207%), Ekvador (157%), Misirdə (152%) müşahidə edilib.


Mobil oyunlara yüksək xərc çəkən ilk 10 ölkər arasında Rusiya 83,4% artımla beşinci sırada yer alır.