“Pandemiyadan dolayı media sektoru çox gərgindir.. Deyə bilərəm ki, öz performansımız baxımından ciddi avantajlarımız var və zirvədəyik. Ancaq sektorun içində olduğu mövcud krizlərdən dolayı büdcədəki daralmalar, maddi baxımdan tam qarşılığını almağımıza mane olub. Texnologiyanın insanlarla görüşməsi daha da sürətləndi və bu baxımdan üç il irəliyə getdiyimizi düşünürəm”.


Facemark.az xəbər verir ki, bu sözləri televiziya proqramı ilə bütün Türkiyənin və Azərbaycanın yaxından tanıdığı Acun Ilıcalı onlayn formatda keçirilən Brand Week Istanbul-da çıxışı zamanı deyib.


Acun Ilıcalı, ötən aylarda Netflixdə izləyici ilə görüşən Exatlon Türkiye ilə bir digital platformada ekrana gələn ilk layihəsinə imza atmışdı və proqramın Netflixdə ən çox baxılan işlər arasında yer aldığını sizinlə paylaşmışdıq.


Ilıcalı layihəsinin uğurunu dəyərləndirərək, “Meksikada qeyri-adi bir uğur əldə etdik, çox yüksək reklamlara çataraq rekord qırdıq. Hazırda Amerika ilə təmaslarımız var, izləyiciləri yaxın günlərdə bir sürpriz gözləyir”, - açıqlamasını edib.


“Exxen ilə çox iddialı gəlirik”


Dijital yayım sahəsində, bütün dünyada olduğu kimi bizdə də ciddi bir rəqabət şəraiti yaranmağa başlayıb. Netflix, BluTV, puhutv, FoxPlay deyərkən son olaraq Amazon Prime-ın Prime Video ilə Türkiyəyə giriş etməsi artıq türk izləyicilərinin də altenativ arasında istədiyini seçməsinə şərait yaradacaq.


Ötən sentyabrda digital yayımcılıq rəqabətinə “Exxen” ilə qatıldığını sosial mediadan elan edən Ilıcalı, layihənin detallarına dair məlumatları paylaşıb.


1 Yanvardan etibarən yayıma başlayacaq Exxen: film, reality show, yarışma, sənədli film, uşaq proqramı kimi hər yaş və seyrici kütləsinə xitab edəcək.


Ilıcalı, yeni layihəsi Exxen ilə əlaqədar həyəcanını bu sözlərlə dilə gətirib:


“Exxen, komediya, əyləncəni dibinə qədər yaşaya biləcəyiniz başqa bir platforma olacaq. Vaxtın necə keçdiyiniz hiss etməyəcəyiniz çox yaxşı adlar ilə razılığa gəldik. 5 dəqiqədən 45 dəqiqəyə uzanan kontentimiz olacaq. Çox iddialı gəlirik”.