OPET-in rəsmisi Murat Zenginin moderatorluğu ilə Brand Week İstanbul Konfransının “Nə fərq edər?!” panelinin qonağı məşhur komediya ustası Cem Yılmaz olub.


Facemark.az xəbər verir ki, Cem Yılmaza görə, markalar xüsusilə niyə istehlakçı bizi seçməli, məhsulumuzu almalıdır? sualını özündən soruşmalıdır.


O, reklam filmi yazarkən təsirli hekayələr yaratmaq üçün incəliyə diqqət etdiyini ifadə edib. “Xarakter yaradan zaman şablonlardan faydalandğımız bir həqiqətdir. Hekayə yaratmaq üçün kontrast üzərindən baxmaq lazımdır. Klişələrdən faydalanıram, amma detallar fərq yaradır.


Cem Yılmaz hazırlıq mərhələsi haqqında da danışıb: “Gənc ikən daha vecsiz idim. Səhnəyə ilk çıxdığım andan etibarən hər kəsi güldürməliyəmmi?” deyə düşünürəm. Təbii ki, bunu düşünərək bir hazırlıq etmirəm, amma yenə də bir dam altındasınızsa, yəni məsələ bir dərgidə bir çizərsəniz, dərginin kotenti, pozisiyası, mövqeyi məlumdur. Bu sizə böyük bir komfort yaradır. Siz də çizimlərinizi bu duruşa, kontentə və yanaşmaya görə edirsiniz.


Fəqət fərdi bir iş etdiyimiz zaman, kompromisə getmədən, öz güldüyüm şeyi bəhs etdiyimdə mənə kim gülür, o daha çox vaciblik qazanır.


İşim ilə bağlı daha sərtəm. Buna hər kəs gülər deydiyiniz şey əslində bəlkə həqiqətən də gülməli olmaya bilər və siz böyük bir karyeranızı bu yanlış başa düşülməyin üzərində qura bilərsiniz. Ona görə də böyük bir salonda hər kəs gülən zaman, bir nəfər də gülmürsə bu mənim mövzum olur”, - deyib.


“Mən də bu sənətə hər kəs kimi çox kiçik yaşlarda böyük ustaların çizimlərini, rənglərini təqlid edərək başladım. Fəqət səhnəyə çıxdığım anda, izləyənlərimə başqa bir şey təqdim edirəm. Ona görə də özümü çizginin dışında tapıram. Bunu mən marjinalam demək üçün demirəm, çevrənin içində qalıb, oranı dəyişə bilmək əsas məsələdir. Bu mənə hər zaman özümü daha yaxşı hiss etdirir”, - açıqlamasını edib.