şənbə, 5 dekabr 2020

Maska, yoxsa sosial məsafə hansı daha çox koronavirusdan qoruyur?

213

Bəziləri deyir ki, sağlam insanların maskaya ehtiyacı yoxdur, digərləri isə bütün ictimai yerlərdə məcburi şəkildə maskanın taxılmasını tələb edir. Bəs, koronavirusa qarşı hansı daha yaxşı qoruyur, tibbi maska, yoxsa sosial məsafə?

facemark.az xəbər verir ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib ki, maska bütövlükdə insanı virusa yoluxmaqdan qoruya bilməz.

O, deyib ki, bir maskanı taxıb, əllərinizi yumasanız, sosial məsafəni gözləməsəniz mütləq yoluxacaqsınız. O zaman maska daha çox zərər verə bilər. ÜST-ün nümayəndəsi deyib ki, tibbi maskanı 2 saatdan çox taxmaq olmaz. Əgər o yaşdırsa bu zaman maska nəinki koronavirus, eyni zamanda digər viruslar üçün mənbə olacaq. Eyni zamanda, o hesab edir ki, sosial məsafəni gözləmək, maska ilə müqayisədə infeksiyaya yoluxmamağın ən effektiv yollarından biridir.

ÜST-ün nümayəndəsi bildirib ki, xəstələrin olduğu bir otaqda sağlam biri yoxdursa, o zaman maska taxmağa ehtiyac yoxdur. Yox, əgər sağlam bir insan kütlənin içərisinə daxil olursa, maskadan istifadə etmək zəruridir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün