2020-ci il dünya üçün fəlakətlər ilə geridə qaldı. Ancaq digital dünyanın mənzərəsi və inkişafı isə heyrətləndirici idi. Hər sektor kimi reklamçılığın da bu dəyişiklikdən təsirlənməsi qaçınılmaz idi. Bəs, hazırda bu qədər böyük yol qət edən digital reklamçılığı 2021-ci ildə nələr gözləyir? Gəlin, sektorun gələcəyinə birlikdə baxaq.


5. Şəxsiləşdirilmiş reklamçılıq


Bu reklam strategiyası, izlədiyiniz, hədəf kütləyə özəlləşdirilmiş bir reklam göstərmək deməkdir. İstehlakçının hamıya xitab edən reklam görməkdən xoşu gəlmədiyini bilirik. Buna görə də şəxsiləşdirilmiş reklamlar, həm müştərilər, həm də markalar baxımından bir addım öndə olacaq. 2021-ci ildə isə reklamçılıq anlayışında şəxsiləşdirmənin daha da qabaqcıl olacağı təxmin edilir.


4. Video reklamçılıq


Video reklamçılığı bazarda yeni deyil. Ancaq internet, ağıllı telefonlar, ümumilikdə texnologiya inkişaf etdikcə, 2021-ci ildə də digital reklam trendlərindən ən vaciblərindən biri olmağa davam edəcək. Amma bu sahədə 2021-ci ildə ortaya çıxacaq bəzi yenilikçi kommunikasiya yolları da var. Canlı yayımlar isə video reklamçılıq sahəsində yüksələn trendlərdən biri olmağa davam edəcək. TikTok və Instagram Reels kimi platformaların inkişaf etməsi ilə, 2021-ci ildə yaradılması, izlənilməsi asan, qısa video reklamların hər zamankindən daha popular olması gözlənilir.


3. Mobil reklamçılıq


Xüsusilə Covid-19 dövründə insanlar ağıllı telefonlarına və mobil cihazlarına hər zamankindən daha çox bağlı olurlar və daha çox vaxt keçirirlər. Əlbəttə ki, markalar da bunu bilir. Bu səbəbdən də müəssisələrin bu sahədə daha çox yer alması və mobil reklamçılığa ayırdığı investisiyanı artırması gözlənilir. Başqa bir yandan Hekayə reklam format hər keçən gün daha da populyarlaşır. Belə ki, Snapchat-ın əsas funksiyası olan Hekayələri artıq, Instagram, Facebook, WhatsApp ən son LinkedIn və YouTube və Twitter tərəfindən də istifadə edilməyə başlanıb.


Bundan başqa, markalar və istifadəçilər artıq 15 saniyəlik hekayələr yayımlamaqdan daha çoxunu edə bilirlər. Instagram, hər istifadəçinin öz Hekayələrində istifadə edə bilməsi üçün öz filtrlərini yaratmağına icazə verdiyindən markalar artıq müştərilər üçün daha diqqətçəkici və əyləncəli təcrübələr yaratmaq fürsətinə sahib olurlar.


Oyun içi reklamçılıq da böyüyür. 2020-ci ildə hər hansı bir mobil oyun oynayırsanız, nədən bəhs etdiyimizi bilirsiniz. Ən sevdiyiniz oyunda davam etmək üçün 30 saniyəyə qədər davam edən bir reklamı izləməyə məcbur edilirsiniz. Bu nə qədər cansıxıcı görünsə də oyun istehsalçılarının markalar ilə əməkdaşlıq çərçivəsində yaratdıqları oyunlarını pulsuz təklif etmək fürsətini verir. Buna görə də oyun içi reklamlar 2021-ci ildə də markalar və müəssisələr üçün bir trend olmağa davam edəcək.


1. Süni intellekt vasitəsilə təqdim edilən proqrammatik reklamçılıq


2021-ci ilin ən böyük reklamçılıq trendi, reklam sat;n almalarını avtomatlaşdıracaq süni intellekt (AI) alqoritmləri olacaq. Bu, markaların daha da spesifik kütlələri hədəfləməsinə icazə verəcək. Həmçinin müştərilərə çatmaq üçün istifadə edilən kanalların sayı artıqca, idarəedilməsi də çətinləşir. Süni intellekt vasitəsilə proqrammatik platformaları idarə etmək, müəyyən bir kanal üzərindən tək-tək reklamlar və ya kampaniyalar üçün hədəfləmə etmək isə bu çətinliyin öhdəsindən gəlməyin ən asan yoludur.


Reklamverənlər üçün həyəcan verici bir zaman dilimi daha da yaxınlaşır deyə bilərik. Doğru kanallarda, doğru vasitələr ilə potensial və mövcud müştərilər ilə hər zamankindən daha hədəfli çatmaq üçün qarşılarında hər zamankindən daha çox fürsət var. 2021-ci il digital reklamçılıq baxımından olduqca parlaq görünür. Fürsətləri dəyərləndirənlərin isə öz sahələrini böyüdəcəklərinə isə şübhə yoxdur.


Mənbə: The Drum