Nokia rəhbərliyi qlobal kreativ partnyor axtarışındadır. Hazırda HMD Global Grey agentliyi ilə birgə çalışır.


Nokia brendi adı altında cihazların istehsalı və satışı ilə məşğul olan FİN kompaniyası HMD Global reklam agentlikləri qarşısında qlobal kreativ və brend platforması ilə bağlı olaraq brif verib.


Facemark.az-ın məlumatına görə, Campaign nəşri yazır ki, dəyişikliklər mediapartnyoru olan Mindshare və Essenc-ə təsir etməyəcək. WPP agentliyi brendin hesabını idarə etmə şansını 2017-ci ildə əldə etmişdi.


Nokianın sonuncu səs gətirən reklam çarxını isə Grey agentliyi ərsəyə gətirmişdi. O James Bond franchise ilə iş birliyinə əsaslanırdı. Reklamda 25-ci Bond filmində GİZLİ AGENT Nomi rolunu oynayan aktrisa Laşana Linç var idi.


Lakin pandemiyadan dolayı istehsalçılar çətinlik ilə üzləşdi. Əvvəlcə reklamın premyerası növbəti ilin noyabr ayına təxirə salındı. Lakin pandemiya Nokia-nın marketoloqlarını planlarında dəyişiklik etməyə və sentyabrda reklamı yayımlamağa məcbur etdi. İndi isə Ölməyə Vaxt Yoxdur çarxın premyerası isə 2021-ci ilin yazına planlaşdırırlır.