QARA CÜMƏ günü adətən noyabr ayının son cümə gününə təsadüf edir.


Hər il dünyada və Azərbaycanda olduğu kimi başlayan böyükmiqyaslı satışlara QARA CÜMƏ günü adı verilib. Ənənəvi olaraq bu dövrdə mağazaların əksəriyyətindən keyfiyyətli məhsulları daha yaxşı endirimlər ilə əldə etmək olar. Hər il baş verən və ənənə halını alan bu gün ilk dəfə ABŞ-da yaransa da, daha sonralar bir sıra dünya ölkələrinə də yayılıb.


QARA CÜMƏ 2020 NƏ VAXT OLACAQ?


Satışın dəqiq bir tarixi yoxdur. Ancaq noyabr ayının son cümə günü QARA CÜMƏ adlanır. Bu il isə QARA CÜMƏ 27 noyabra təsadüf edir. Ancaq endirimli satışın cümə günü olacağı deyilsə də, bir çox mağazalar endirim həftəsinə elə bazarertəsindən başlayır.



QARA CÜMƏ günü nədir?


QARA CÜMƏ gününün ilk vaxtlarda belə adlandırılmasının endirimlər ilə heç bir əlaqəsi olmayıb. Bu ad isə 1869-cu il sentyabrın 24-də ABŞ qızıl bazarının çökməsi ilə bağlı olaraq QARA CÜMƏ günü adlandırılmışdı. Ancaq 1966-ci ildə bu günü Amerikanın Şərq sahilində yaşayan insanlar “ALIŞ-VERİŞ BAYRAMI” adlandırdılar. Məsələ, burasında idi ki, Şükranlıq gününün ertəsi Amerikalılar hədiyyə almaq üçün çölə çıxırdılar. Həmin günü yollarda tıxaclar, mağazalarda isə uzun növbələr yarandığından polislər bu günə “QARA CÜMƏ” günü deməyə başladılar. Bu gündə alış-veriş etmək istəyən insanlar mağazalarda belə gecələyir. QARA CÜMƏ və növbəti həftəsonunda isə daha bir endirim günü – CYBER BAZAR ERTƏSİ başlayır. İnsanlar bu gündə isə onlayn mağalardan kütləvi şəkildə alış-veriş edirlər.



QARA CÜMÜ GÜNÜ alışlar ilə bağlı nəyi bilmək lazımdır?


Bir çox mağazalarda 70-90%-ə qədər endirimlər edilir. Ancaq marketoloqlar xəbərdarlıq edir ki, bu gündə yadda saxlamalı olduğunuz bir sıra nüanslar vardır. Məsələn, QARA CÜMƏ günü başlamamışdan öncə bir sıra mağazalar bir neçə həftə öncədən bilərəkdən qiymətləri yüksəldə bilərlər. Bir çox mağazalar bu endirim günündən özlərinin reklamı üçün istifadə edirlər. Bəzi hallarda isə anbarda uzun müddətdir ki, gözləyən məhsullar rəflərə düzülür. Bir çox mağaza isə bütün məhsullarına endirim etmir, yalnız müəyyən məhsullarına bu endirimi şamil edir. Nəticədə, sahibkar gözləyir ki, müştəri endirimdə olan məhsul ilə birlikdə, endirimdə olmayan məhsulu da alsın.