Gözəllik sənayesi 70% gəlir itirdi. Tədqiqatçılar seqmentin dövriyyəsindəki azalmanı bazar oyunçularının qanunun tələblərini yerinə yetirməməsi ilə izah edirlər.


Rusiyada gözəllik sənayesi pandemiya dövründə yaranan böhrandan əziyyət çəkən sahələr arasında idi.


Facemark.az xəbər verir ki, Kommersant nəşrinin yazdığına görə, iyun-sentyabr aylarında bu sahə üzrə kompaniyaların gəlirləri illik müqayisədə 30-70% azalma nümayiş etdirib.


Gözəllik Sənayesi Sahibkarları Birliyinin (APİK) araşdırmasına, əsasən, buna səbəb isə bu sektorun dövlət dəstəyindən yararlana bilməməsi göstərilir. Gəlirlərin azalması isə bölgələrə görə dəyişir. Moskva və Sankt-Peterburq şəhərlərində gözəllik salonları iyun-iyul aylarında gəlirlərinin 40%-ni itirib. Ən ciddi azalma isə Nijni Novqorod şəhərində qeydə alınıb – 70%.


“Infoline- Analitik”in baş direktoru Mixail Burmistrov Kommersant nəşrinə deyib ki, 2020-ci ildə sektor üzrə ümumi azalma ən yaxşı versiyaya görə, 45%, ən pis ssenariyə görə isə 50% olacağı gözlənilir.


APİK öz araşdırmasında deyir ki, bir çox gözəllik salonu öz qanunda nəzərdə tutduğu kimi personalının 90%-ni saxlaya bilməyib. Eləcə də işdən çıxarılan şəxslərin fərdi fəaliyyətə başlaması vəziyyəti daha da çətinləşdirib.


Hələ cari ilin iyununda gözəllik sektoru kiçik və orta sahibkarlar arasına dövriyyə artımına görə, TOP 3-lüyə daxil olmağı bacarıb. Sonra bazarın Moskva seqmentinin gəliri böhrandan əvvəlki səviyyənin 77%-ə qədər bərpa edilib.