İlon Mask sərvətinə sərvət qatmağa davam edir. Tesla-nın səhmlərinin artımı ilə şirkətin CEO-su ilk dəfə Microsoft-un qurucusu Bill Qeyts-i keçərək qlobal zənginlər siyahısında ikinci sıraya yüksəldi.
Facemark.az xəbər verir ki, pandemiyada e-ticarətin yüksəlişi ilə Amazon-un səhmləri rekord qırıb.
Ceff Bezos 182 milyard dollar sərvəti ilə dünyanın ən zəngin insanı olmağa davam edir.
Yeni siyahıda Tesla və SpaceX-in CEO-su İlon Mask, Amazon-un qurucusu Bezos-dan sonra, dünyanın ən zəngin ikinci insanı olub.
Mask Bloomberg Milyarderlər İndeksinə görə, 2020-ci ildə sərvətinə 100 milyard dollar əlavə edərək ümumilikdə 127,9 milyard dollara çıxarıb. Microsoft-un qurucusu Bill Qeyts isə 127,7 milyard dollarlıq sərvəti ilə siyahıda üçüncü oldu.