Video zənglər üzrə xidmət göstərən Zoom platforması Milad bayramında zənglər ilə bağlı limiti götürüb.


Facemark.az xəbər verir ki, bu haqda kompaniyanın rəsmi akkauntunda məlumat verilib.


Milad bayramı ABŞ-da 26 noyabrda – bu gün qeyd edilir. Bütün ailə ənənəvi bayram axşamı yeməyinə toplaşırlar.


Ancaq bu il ABŞ-ın Xəstəliklərlə Nəzarət və Profilaktika Mərkəzləri insanlara tövsiyə edir ki, koronavirusun yayılmasının qarşısını almaq üçün bütün ailə olan yeməkləri təxirə salsınlar.


Ailə görüşlərini təxirə salmamaq üçün isə video zəng platforması Zoom zəngləri təxirə saldı. Xidmət 40 dəqiqəyə qədər davam edən pulsuz video zənglər təqdim edir. Ancaq 40 dəqiqədən çox video zənglər üçün isə istifadəçilər yenidən video konfransa başlamalı, yaxud da 150 ilə 200 dollar arasında məhdudiyyətsiz giriş üçün ödəniş etməlidirlər.


Bayramın şərəfinə isə şirkət bu məhdudiyyəti aradan götürüb. Pulsuz zənglər nəinki ABŞ-da eləcə də bütün dünyada 26 noyabr saat 8:00-dan Moskva vaxtı ilə 27 noyabr 14:00-a qədər olacaq.


Zoom daha öncə pullu yayım xidməti olan OnZoom-u istifadəyə verdiyini elan etmişdi. Abunəliyi olan hər bir istifadəçi bu pulsuz zənglərdən yararlana bilər. Satın alınan lisenziyadan asılı olaraq, onlayn görüşdə 100 və ya 1000 nəfərədək şəxs iştirak edə bilər.