Fotoların axtarışı üzrə platforma Shutterstock 2021-ci ilin rəng trendləri ilə bağlı özünün proqnozunu açıqlayıb.


Facemark.az xəbər verir ki, o 2020-ci ildə platforma üzərindən ən çox yüklənən şəkilləri analiz edib və digərləri ilə müqayisədə daha sürətlə böyüyən 3 rəng çalarını müəyyən edib.


Bunlar Set Sail Champagne - daha da ağardılmış ağ, şampan rəngi, Fortuna Gold - dərin qızılı, Tidewater Green - dərin mavi və yaşıl çalarlardır.


Shutterstock-un kreativ direktoru Flo Lau açıqlamasında deyib ki, bir neçə il ərzində marka və brendlər sıx məzmun dəryasında fərqlənmək üçün bold rənglərdən istifadə ediblər.


Qeyd edir ki, yaradıcılar 2020-ci ili müəyyənləşdirən canlı, zəngin rəngləri arxada qoyur və ümid və müsbət dəyişiklik hissi verən rənglərə üstünlük verirlər. Lau vurğulayır ki, bunu etmək üçün çölə çıxmaq arzusunu ehtiva edən zəngin bir təbiət palitrasından istifadə edirlər.


Sail Champagne (#FAEBD7)


Fortuna Gold (#DAA520)



Tidewater Green (#2F4F4F)