The Walt Disney kompaniyası əyləncə parklarının 32 000 işçisini işdən azad edəcək.


Facemark.az-ın məlumatına görə, Reuters nəşrinin yazdığına, əsasən kütləvi azalma Disneyland-ın işini məhdudlaşdıran pandemiya ilə bağlıdır.


Daha əvvəl şirkət 28 000 nəfəri işdən çıxarmağı planlaşdırırdı, ancaq Disneylandların yerləşdiyi bəzi ölkələrdə əyləncə parklarının fəaliyyətinə qoyulan qadağa qüvvədə qaldığından ixtisar sayı daha 4 000 nəfər də artırıldı.


İşdən azad etmələr 2021-ci ilin birinci yarısında baş verəcək, həm ABŞ-da, həm də digər ölkələrdə əyləncə parkında çalışan işçilərə təsir edəcək.


Həmçinin, hazırda Disneyin müxtəlif bölgələrdəki 37 000 işçisi məcburi məzuniyyətdədirlər.


Holdinq daha öncəki açıqlamasında bildirmişdi ki, 2020-ci ili 2,8 milyard dollarlıq zərər ilə başa vurublar.