Səlahiyyətli şəxslər dövlətin suverenliyini və bütövlüyünü təhdid altına atan 40-dan çox Çin xidmətini blokladı.


Hindistanda daha 43 Çin mənşəli platforma bloklandı.


Facemark.az xəbər verir ki, Reuters nəşrinin yazdığına görə, onların arasında Alibaba Groupa məxsus olan Aliexpress xidməti də var.


Veb-sanksiya bir neçə tanışlıq saytına da təsir edib. Bildirək ki, Aliexpress Hindistanın e-ticarət bazarında məşhurdur, ancaq əsas oyunçulardan biri deyil. Bu ölkədə əsas oyunçular isə Flipkart (Walmart-a daxildir) və Amazon.com-dur.


Bundan əvvəl isə Aliexpress-in törəmə şirkəti olan UC Web Hindistan bazarını tərk etmişdi. Bundan sonra, internet nəhəngi lokal layihələrə investisiyanı dayandırmaq məcburiyyətində qalmışdı.


Bloklanma iyun ayından başladı və Hindistanın suverenliyi və bütövlüyünü təhdid altına alan (onların hökumətinin iddiasına görə -red.) mobil əlavələrə toxundu.


Qadağan olunmuş proqramlara, həmçinin TikTok, LiKee, Clash of Kings, WeChat, Weibo və s. daxildir. Ümumilikdə qadağan olunmuş xidmətlərin sayı 170-i ötüb. “Rəqəmsal boykot”un səbəbi Hindistan-Çin sərhədinin mübahisəli hissəsində silahlı toqquşmalar idi.