2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində, daha dəqiq dekabrın sonunda Çinin Uhan vilayətində vəhşi heyvanların yeyinti olaraq satıldığı mağazadan Covid-19 lənəti bütün dünyaya yayıldı. Virus bir tərəfdən yüksəliş, bir tərəfdən də çöküş gətirdi.


Çöküş ilk olaraq iqdisadi baxımdan zəif ölkələri yerlə-yeksan etdi. Müəssisələr bağlandı,ölkələr sərhədlərini bağladı beləliklə turizm də dayandı. Həyati əhəmiyyət daşımayan müəssisələr fəaliyyət göstərə bilmədi. İnsanlar evə qapandı, hər kəs ya kücdə-bucaqda olan ehtiyatını tükətməyə, ya da dövlətin dəstəyindən yararlanmaq məcburiyyətində qaldı.


Müəssisə rəhbərləri, sahibkarlar və onların şirkətində çalışan ağıllı marketoloqlar bu kimi böhran hallarına öncədən hazırlıqlı olduqları üçün bu vəziyyəti öz xeyirlərinə çevirə bildilər. Şirkətin öncədə düzgün planlanmış marketinq startegiyası onları böhrandan xilas etsə də, krizisə hazır olmayanlar isə büdcəni optimallaşdırmaq üçün bir sıra addımlar atdılar, məsələn, işçi ştatını azaltdılar, minimal büdcə ilə onları məzuniyyətə göndərdilər, ən pis halda isə işçi ixtisarına getdilər.


Düşünə bilərsiniz ki, işçi qüvvəsinin azalması şirkətin çöküşünün ilk addımlarıdır. İşçi qüvvəsinin ixtisarı şirkətin irəliləməsini zəiflədir. Beləliklə o, öz gücünü itirir. Lakin planlanmış marketinq strategiyası olan, bu vəziyyəti öz xeyirə çevirən şirkətlərin atdığı addımlardan danışaq.


Hər bir şirkətin daxilində planlı hərəkət edən, hər şeyi yüz ölçüb-bir biçən marketoloq olur, hansı ki, belə situasiyalarda şirkətin əlindən tutub onu ayağa qaldırır.


Şirkət öz real müştərilərini itirməyə başlayır. Müştəriləri təcil geri qazanmaq lazımdır amma necə? Bütün vəziyyəti nəzərə alaraq, insanların evə qapanması texnologiyanı işə salır. Məsələn, sosial media marketinqi - satışı internet vasitəsiylə yerinə yetirmək (istiqamətlərindən biri olaraq) müəssisə rəhbərlərinə köməkçi olur. Yerli bazardakı son situasiyanı – karantindən dolayı həftə sonları müəssisələrin bağlandığını nəzərə alaraq, şirkətlərin digital sahəyə investisiya etmələrini tövsiyə edirik. Yaxşı hazırlanmış satış planı, düzgün qurulmuş strategiya, müştəri cəlb etmək üçün onun nə istədiyini anlamaq və ona görə hazırlanmış postlar, onun fikrini cəlb edə biləcək maraqlı sloqan və alt yazılar köməkçi ola bilər.


2019-cu ildə hazırlanmış statistika jurnalına görə (“Digital advertising stats you need for”) əhalimizin 3 milyonu aktiv sosial media istifadəçisidir. Bunu nəzərə alaraq, hər sosial şəbəkə üçün hazırlanmış ayrı satış planı təqdim olunur. Burda sosial media menecerləri (SMM) işə düşür. Onlar şirkətlərini və təqdim etmək istədikləri malı ümumi statistikanı nəzərə alaraq müştəriyə təqdim edir.


Aldığımız əsaslı məlumatlardan da görürük ki, sosial medianın şirkət üçün əhəmiyyəti önəmlidir. “Amazon” şirkəti bu il öz CEO-sunun sərvətinə sərvət qatdı. Onun sərvəti bir ildə 114 milyondan 179 milyona yüksəldi.


“Zoom” online görüş platformasının rəhbəri Eric Yuan 11 milyon sərvətiylə bu il “Forbes” jurnalında ən varlı insanlar sırasında 11-ci yeri aldı.


Forbes jurnalının sıralamasındakı 400 iş adamının ümumi sərvəti 240 milyondan 3.2 trilyona yüksəldi.


Nəticə olaraq bildirək ki, düzgün qurulmuş marketinq strategiyası, həm sosial media, həm real müştəri kütləsini heç bir krizis vəziyyətində itirməyə qoymur. Şirkəti daha da yüksəldir.


Ümid edirik ki, hər bir şirkət daha güclü krizis vəziyyətlərinə hazırdır.